"Gəlinin anası toyda məni DÖYMƏK İSTƏYİB"
Müğənni Əminə Şirin maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi iştirak etdiyi toylardan birində yaşanan qalmaqallı hadisəni xatırladaraq bildirib ki, həmin məclisdə gəlinin anası onun ifasına görə əsəbiləşib və hətta onu döymək istəyib.
Əminə Şirin qeyd edib ki, idarə etdikləri toylarda müxtəlif janrlarda - həm milli mahnılar, həm də caz ifa edirlər:
"Toyların birində idik. Biz bütün janrlarda oxuyuruq. Bir az caz da ifa edirdim, əsasən milli mahnılar olurdu ki, insanlar rəqs etsin. Mən caz oxuyanda gəlinin anası çox əsəbiləşmişdi. Dedilər ki, əsəbiləşib, səni döymək istəyir. Mənə dedilər, get maşında otur. O vaxtlar çılğın idim, indi də fərqli deyiləm. Dedim ki, necə yəni döymək istəyir, nə ixtiyarı var? Sağ olsun desin ki, toyunu konsert kimi idarə edirəm".
Müğənni əlavə edib ki, vəziyyəti sakitləşdirmək üçün ona müdaxilə edilib. O bildirib ki, həmin vaxt prodüser Vaqif Gərayzadə ona maşında oturmağı tövsiyə edib. Daha sonra isə müğənni Samir Piriyev vəziyyətin sakitləşdiyini bildirərək onu yenidən səhnəyə dəvət edib.
Sənətçi onu da vurğulayıb ki, həmin dövrdə o, "Aypara" qrupunda Samir Piriyevlə birlikdə fəaliyyət göstərirdi.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu açıqlama izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Talıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr"Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18 oktyabr