Qurban Qurbanovun "qara siyahısı" - Onları "Qarabağ"dan göndərir
Qurban Qurbanov gördüyünü gördü. O, çox təcrübəlidir, hamımızdan biliklidir. Sözsüz, belə məşqçiyə yalan satmaq olmaz, bu nömrə keçməz. "Sabah"la matçda ağlındakı son sualların cavabını da özüyçün tapdı. Matues Silvadan savayı, "Qarabağ"ın bütün legionerləri indidən yay qayğısı çəkir. Həm bolluca istirahət etmək, həm də düşərgəni dəyişmək həsrəti, xəyalı ilə yaşayırlar.
Ölkə.Az xəbər verir ki, bu barədə Sportinfo saytında yayımlanan məqalədə bildirilib.
Futbolçuların səhvlərindən bəhs edən müəllif onların məsuliyyətsiz davranışlara yol verdiyi qeyd edilib: "Demək olar hər birinin bir, yaxud bir neçə real təklifi var, daha böyük pullar qazanmağın planlarını cızırlar beyinlərində. Sözsüz, bu, "Qarabağ"ın son iki aydakı sürətli enişinin başlıca səbəbləri arasında birinci yerdə gedir. Kevin Medina yaşına, təcrübəsinə, "Tank" ləqəbinə yaraşmayan səhvə yol verir, komandası məğlub duruma düşür, o isə az sonra "Sabah"ın hücumçuları ilə deyib-gülən yerdə kameralara tuş gəlir.
Emmanuel Addai ikinci hissənin axırına yaxın son "kozır" olaraq meydana daxil olur, topu gah vaxtında ötürmür, gah onu ayağında çox saxlayır, gah da heç nədən itirir. Və qanalı vinger dişlərini ağardaraq, yavaş addımlarla bir qədər geri qayıdır".
Bildirilir ki, Çempionlar Liqasında xaruqələr yaradan "Qarabağ""kölgəsini də itirib artıq: "Əsər-əlamət qalmayıb o "Qarabağ"dan. Bir qram da, bir zərrə də. İldırım sürəti, driblinqləri, iti ötürmələri, ağıllı keçidləri ilə Çempionlar Liqasında adlı-sanlı rəqiblərinin başını gicəlləndirən "Qarabağ"ın yerini ruhsuz, sevgisiz, aciz halı ürək ağrıdır. Klubun adına, prinsiplərinə, dəyərlərinə pula görə xəyanət edənləri yayda burada görməyəcəyik. Qurbanov birini də gözünün qabağında saxlamayacaq.
O, xarakter etibarıyla uğurlardan doymayan, "Qarabağ"a məhəbbətini hər əməlində göstərən baş məşqçidir.
Bir nəfər gözündən düşdüsə, bitdi hər şey! Üstündən çalın-çarpaz xətt çəkəcək, bu aralar yaşadıqlarını bir daha yaşamamaq üçün bütün radikal addımlar atacaq.
Gözləyin, tezliklə "Qarabağ" inqilabi islahatlara "bismillah" eləyəcək".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2969 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10 oktyabrMessi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabrBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrAzərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabr