Dilənçilər 200 manatadək cərimələnəcək
Dilənçiliklə məşğul olmağa görə cəzalar müəyyən edilir.
Sonxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə - iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 164 Tarix: 21 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sakinlərin nəzərinə: Bəzi ərazilərdə su olmayacaq
Sumqayıtın bəzi ərazilərində su olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. "Sumqayıt şəhərnin bəzi hissələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 21-də səhər saat 09:00-dan axşam saatlarınadə
21 aprelAzərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı
"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb". Bu məlumat -a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlə
20 aprelAzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir. Trend-in əldə etdiyi məlumata görə, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır. Məsələ ilə bağlı qurumdan bildirilib ki
20 aprelBakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb
21 aprelŞahdağa 87 sm qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçınd
21 aprelEvində söküntü zamanı üzərinə beton düşdü, öldü
Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 20-si saat 20 radələrində 1986-cı il təvəllüdlü Zahid Hacılar oğlu Nağıyev yaşadığı Çinartala kəndindəki evdə hamam otağını sökərkən üzərinə beton düşüb. Xəstəxanaya yerləşdirilmiş Z.Nağıyev orad
21 aprelMetro bir saata açılacaq
"Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür". "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub. Bildirilib ki, yaxın bir saat ərzində metropoliteni
21 aprel