ADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

ADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilibAprelin 22-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsi, eləcə də İngilis və Alman dilləri fakültəsinin Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri ilə British Council ilə əməkdaşlıq çərçivəsində keçirilən "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən söz açıb.

Bildirib ki, müasir dövrdə xarici dillərin, xüsusilə ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi gənclərin peşəkar inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor qeyd edib ki, "Gələcəyin İngilis dili" layihəsi tələbələrin dil bacarıqlarının təkmilləşdirilməsi, innovativ tədris metodları ilə tanışlığı və gələcək pedaqoji fəaliyyətə daha hazırlıqlı yetişməsi baxımından olduqca faydalıdır.

Qeyd olunub ki, ADU-da bu kimi layihələrin keçirilməsi tələbələrin inkişafına mühüm töhfə verir.

Rektor layihə çərçivəsində uğurla iştirak edən tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

"British Council" təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva layihə iştirakçılarını salamlayıb, layihənin keçirilməsi üçün göstərdiyi dəstəyə görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, "Gələcəyin İngilis Dili (Future English)" layihəsi müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafına, müasir tədris metodları ilə yaxından tanış olmasına və gələcək fəaliyyətlərinə daha hazırlıqlı başlamalarına mühüm töhfə verəcək.

Bildirilib ki, layihə çərçivəsində iştirakçılar interaktiv təlimlərə, seminar və praktiki məşğələlərə cəlb olunaraq innovativ yanaşmalar barədə geniş məlumat əldə ediblər.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Əliyeva çıxışında "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, layihə tələbələrin ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir tədris metodları ilə tanış olması və beynəlxalq təhsil mühitinə inteqrasiyası baxımından xüsusi önəm daşıyır.

Bildirilib ki, bu təşəbbüs gələcək müəllimlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ yanaşmaların mənimsənilməsinə və praktik təcrübələrinin zənginləşdirilməsinə geniş imkanlar yaradacaq.

Daha sonra layihədə yüz faizlik nəticə göstərən İngilis-alman fakültəsi üzrə Fatma Sadıqova, Günel Adıgözəlova, Xədicə Baxşaliyeva, İngilis-fransız fükaltəsi üzrə Məleykə İbrahimli, Nərmin Şahbazova çıxış ediblər.

Tələbələr layihə çərçivəsində qazandıqları bilik və təcrübələrdən söz açaraq, proqramın onların peşəkar inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Qeyd olunub ki, keçirilən təlimlər, seminarlar və interaktiv məşğələlər sayəsində tələbələr müasir tədris metodları, effektiv ünsiyyət bacarıqları və innovativ yanaşmalar barədə dəyərli biliklər əldə ediblər.

Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Dillər Universiteti rəhbərliyinə, müəllim heyətinə və British Council təşkilatına təşəkkürlərini ifadə edib, bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Layihənin keçirilməsi prosesi ilə bağlı hazırlanan videoçarx izlənilib.

Tədbir bədii hissə ilə davam edib.
ADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilibADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilibADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilibADU-da "Gələcəyin İngilis Dili (Future English)" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 387   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr