"Maşını təmirə verdim, usta tərəfindən talan edilmiş halda tapdım" - ŞİKAYƏT

"Maşını təmirə verdim, usta tərəfindən talan edilmiş halda tapdım" - ŞİKAYƏTBakıda Bəşir Bünyadovda ünvanında yerləşən maşın servislərindən birində fəaliyyət göstərən usta Şahnazarov Rövşən Allahverdi oğlu barədə saytımıza şikayət daxil olub.

Bu barədə Sonxeber.az -a zərərçəkmiş Tural Səmədov müraciət edib.

O bildirir ki, təmirə verdiyi maşınını usta tərəfindən talan edilmiş halda tapıb:

"01.04.2026-cı il tarixində avtomobilimi lyukunda yaranmış nasazlığın aradan qaldırılması üçün Şahnazarov Rövşən Allahverdi oğluna təhvil vermişdim. O, bəzi ehtiyat hissələrinin alınmalı olduğunu bildirərək məndən əlavə ödəniş tələb etmiş, mən də qeyd etdiyi məbləği göndərmişdim ki, problemi həll etsin.

Lakin 05.04.2026-cı il tarixində mənə zəng edərək bildirdi ki, guya sənədləri olmadığı üçün polis əməkdaşları avtomobili ondan alıblar və heç bir protokol tərtib edilməyib. Onun bu izahı məndə şübhə doğurdu və məsələni dəqiqləşdirmək üçün növbəti gün şəxsən aidiyyəti üzrə müraciət etdim.

Polis əməkdaşlarından aldığım məlumata əsasən, həmin şəxs şübhəli sürücülük davranışına görə saxlanılmış, yoxlama zamanı sərxoş vəziyyətdə olduğu müəyyən edilmiş və bu fakt onun öz izahatı ilə də təsdiqlənmişdir. Buna baxmayaraq, o, əvvəlcə məsuliyyətdən yayınmaq üçün yalan məlumat vermiş, daha sonra isə cəriməni ödəyəcəyinə söz versə də, ertəsi gündən etibarən yoxa çıxmışdır.

Avtomobilimin saxlanıldığı cərimə meydançasına baxış zamanı aşkar etdim ki, nəqliyyat vasitəsinin salonu dağıdılmış, bir sıra detallar sökülərək götürülmüşdür. Bu hal mənə külli miqdarda maddi ziyan vurulduğunu göstərir.

Qeyd etmək istəyirəm ki, Şahnazarov Rövşən Allahverdi oğlu mənim icazəm olmadan, sənədsiz və sərxoş vəziyyətdə avtomobilimi idarə etmiş, eyni zamanda onun texniki hissələrinə müdaxilə edərək zərər vurmuşdur. Onun məsuliyyətsiz və qanunsuz hərəkətləri daha ağır nəticələrə də səbəb ola bilərdi.

Bundan əlavə, həmin şəxslə əlaqə saxlamaq mümkün olmadığından başqa telefon nömrəsindən onunla əlaqə yaratdım. Zəngə cavab verdi. Ona avtomobilimin niyə sökülərək talan edildiyini soruşduqda, məsuliyyəti öz üzərindən ataraq bu hərəkətlərin guya polis əməkdaşları tərəfindən edildiyini bildirdi. Hətta qeyd etdi ki, buna etiraz etsə də, guya buna baxmayaraq həmin əməl həyata keçirilib. Onun bu izahları əsassız olmaqla yanaşı, dövlət orqanlarına qarşı açıq şəkildə böhtan xarakteri daşıyır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti qurumlardan xahiş edirəm ki, həmin şəxsin tapılaraq qanun qarşısında cavab verməsi təmin edilsin və mənə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi istiqamətində tədbirlər görülsün".

Zərəçəkmiş bildirir ki, məsələ ilə bağlı polisə dəfələrlə müraciət etsə də, onun şikayətinə baxılmayıb:

"Məsələ ilə bağlı 12 nömrəli Polis İdarəsində şikayət ərizəmi yazmışam, "102" -yə dəfələrcə zəng edib şikayətimə baxılmasını xahiş etmişəm, lakin heç bir polis əməkdaşı mənimlə əlaqə saxlamayıb"
"Maşını təmirə verdim, usta tərəfindən talan edilmiş halda tapdım" - ŞİKAYƏT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 956   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr