Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.
Sonxeber.az xəbər verir ki, Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2783 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib
Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağını
8 sentyabrZərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş - FOTO
Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb. Bu barədə məlumat əldə edib. Məlumata görə, qəza zamanı KIA markalı minik avtomobilinin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasıml
9 sentyabr"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
9 sentyabrBakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb
"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs
8 sentyabrGüclü küləyin ağır fəsadları: Hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Güclü külək zamanı binaların eyvanlarından beton və digər konstruksiya hissələrinin qoparaq aşağı düşməsi həm piyadalar, həm də ətrafda olan nəqliyyat vasitələri üçün ciddi təhlükə yarada bilər. Xüsusilə köhnə və baxımsız binalarda konstruksiyaların əvvəlcədən yoxlanılması və təhlükəli hissələrin vaxtınd
8 sentyabrSabah bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli
9 sentyabrToydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
9 sentyabr