Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda universitetin professor-müəllim heyəti iştirak edib.
Konfrans Ümummilli lider Heydər Əliyev, yazıçı Mir Cəlal Paşayevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Öncə, Mir Cəlala Paşayevin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Anar Eminov bildirib ki, bu kimi elmi-praktik konfransların təşkili universitetdə humanitar elmlərə marağın artırılması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən təhlili və tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. O, həmçinin vurğulayıb ki, Mingəçevir Dövlət Universitetində milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetin elmi-ictimai mühitinin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət edir.
MDU-nun əməkdaşlarından baş müəllim Ayna Babazadə "Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı", dosent Günel Yunusova "Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası", baş müəllim Pərvin Hüseynova "Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər", baş müəllim Səadət Ağakişiyeva "Mir Cəlal əsərlərində müəllimə münasibət" və müəllim Gülay Bağırova "Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi" mövzularında məruzələrlə çıxışlar ediblər.
Çıxışlar ətrafında aparılan müzakirələr zamanı iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.
Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bu kimi elmi tədbirlərin təşkili klassik ədəbi irsin öyrənilməsi, elmi tədqiqat mühitinin inkişafı və tələbələrin akademik potensialının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilibMingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 909   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr