İdman zalında risk hesab edilən 3 məşq növü
İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə daha tez-tez zədələnir. Mütəxəssislər bunu zəifliklə deyil, tələskənlik və düzgün texnikanın olmaması ilə izah edir.
BAKU.WS xəbər verir ki, peşəkarlar illərlə texnika üzərində işləyir və yükü mərhələli artırır. Həvəskarlar isə çox vaxt başqalarını təqlid edir, ağır çəki götürür və səhvi gec anlayır.
Zədəyə səbəb olan əsas məşqlər:
Börpi - Sadə görünsə də, sürət artdıqda texnika pozulur. Nəticədə biləklər, dizlər və bel artıq yüklənir.
Baş üzərinə çəki qaldırma - Çiyin hərəkətliliyi zəif olduqda yük düzgün paylanmır, bel və çiyinlər zərər görür.
Tumbaya tullanma - Yorğunluq və səhv texnika sərt enişə səbəb olur, diz və topuq riski artır.
Mütəxəssislər bildirir ki, riskin azalması üçün əvvəlcə texnika, sonra sürət və çəki artırılmalıdır. Məşq zamanı hərəkət pozulursa, bu, davam etmək yox, dayanmaq siqnalıdır.
Həmçinin ağrını görməzdən gəlmək tövsiyə edilmir. Davamlı narahatlıq olduqda məşqlərə fasilə verilməli və həkimə müraciət edilməlidir.
Qeyd olunur ki, düzgün yanaşma ilə belə risk tam aradan qalxmır. Buna görə həvəskarlar həm texnikaya, həm də təhlükəsizliyə xüsusi diqqət yetirməlidir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 657 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3
26 avqustAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb
"Neftçi" ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib. O
26 avqustDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr