"Qarabağ" "Neftçi"yə uduzdu, "Sabah" çempionluğu rəsmiləşdirdi
"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Qaynarinfo-nun məlumatına görə, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.
"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.
Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.
29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.
Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.
Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olmuşdu.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 562 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk
5 sentyabr 2021Azərbaycanda veteran futbolçu vəfat etdi
Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ
9 sentyabr 2021Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald
15 sentyabr 2021Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların
9 sentyabr 2021MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı
11 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb
İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd
6 sentyabr 2021