Sabah 26° isti olacaq
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 427 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxundu
Bakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumata görə, Bak
19 iyunPaytaxtın bəzi ərazilərində işıq olmayacaq
İyunun 20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind
19 iyunAzərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilm
19 iyunHövsanda sərnişin avtobusu minik avtomobili ilə toqquşub - VİDEO
Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -ın qaynar xəttinə məlumat daxil olub. Qeyd olunub ki, hadisə "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Changan" markalı avtomobilinin toqquşması nəticəsində meydana gəlib. Qəza nəticəsində minik avtomobilinə maddi ziya
19 iyunHərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət müəyyənləşib
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Diplomatik xidmət haqqında" qanuna əlavə edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb. Qanuna əsasən
19 iyunİran danışıqların bərpası üçün ABŞ qarşısında şərt qoydu
İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. xəbər verir ki, CNN telekanalı bu məlumatı diplomatik mənbəyə istinadən yayımlayıb. Mənbənin sözlərinə görə, İran tərəfi imzalanmış razılaşmanın şərtlərin
19 iyun