Dünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildi

Dünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiKyokushinkai Karate üzrə dünya çempionu Tunar Axundzadə növbəti uğura imza atıb. 2022 ci ildə dünya çempionatında 1-ci yerə layiq görülən idmançı bu dəfə hakimlik fəaliyyəti ilə diqqət mərkəzinə düşüb. Belə ki, o, beynəlxalq arenada göstərdiyi peşəkar hakimlik fəaliyyətinə görə "İlin hakimi" və "Perspektivli hakim" adlarına layiq görülüb. Bu adlar onun yalnız idmançı kimi deyil, eyni zamanda hakim kimi də yüksək səviyyədə olduğunu təsdiqləyir.

Məlumata görə, sözügedən hakimlik mükafatları Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido federasiyasının prezidenti, kanço Teyyub Əzizov tərəfindən təqdim olunub. Qeyd edək ki, Kyokushinkai Karate dünyada ən sərt və rəqabətli döyüş növlərindən biri hesab olunur. Bu sahədə həm idmançı, həm də hakim kimi fərqlənmək nadir hallarda rast gəlinən uğurlardandır.
Dünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiBiG.AZ-a açıqlamasında Tunar bəy bildirdi ki, 12 yaşından bu idman növü ilə məşğul olur: "5 il ərzində bir çox nailiyyətlərim olub. İlk nailiyyətim Bakı çempionatında 2-ci yerə layiq görülməyim idi. Sonra ard- arda Bakı çempionatında 2 dəfə qızıl medal, Respublika çempionatında bürünc medala layiq görülmüşəm. 2022-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Çempioanatında 2 rəqibimi üstələyərək 1-ci yerin sahibi olmuşam.

Həmin ilin dekabr ayında "İlin idmançısı" adına layiq görülmüşəm. 2023- cü ildən etibarən təhsilimlə əlaqədar məşqlərimə aktiv şəkildə davam edə bilməsəm də, son 3 ildə bir çox yarışlarda hakim kimi fəaliyyət göstərmişəm. Bu fəaliyyətimin nəticəsi olaraq 2024-cü ilin sonunda "İlin hakimi" və 2025-ci ilin dekabrında "Perspektivli hakim" adları ilə təltif edilmişəm" deyə Axundzadə qeyd edib.

Tunar Axundzadənin əldə etdiyi bu nəticə Azərbaycan idmanının beynəlxalq nüfuzunun artmasına mühüm töhfə kimi dəyərləndirilir.
Dünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiDünya çempionu Tunar Axundzadəyə iki nüfuzlu hakim adı verildiMüəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 712   Tarix: 02 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr