Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarının hərəkəti, səs siqnallarından həddindən artıq istifadə və bəzi hallarda qaydaların kobud şəkildə pozulması həm sürücülər, həm də piyadalar üçün real problemlər yaradır. Bütün bunlar fonunda cəmiyyətdə bir sual getdikcə daha çox səslənir: toy karvanları ənənə olaraq qorunub saxlanılmalıdır, yoxsa ictimai təhlükəsizlik naminə bu adətə hüquqi məhdudiyyətlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı toy karvanları ilə bağlı yol polisinə dəfələrlə müraciətlər edildiyini, maarifləndirici sosial çarxlar və animasiyalar hazırlandığını bildirib.

Onun sözlərinə görə, tövsiyələrə əsasən toy karvanında 6-dan artıq avtomobilin iştirakı məqsədəuyğun sayılmır.

"Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır".

Ekspert sosial şəbəkələrdə yayılan son görüntülərə də toxunaraq qeyd edib ki, bəzi sürücülər kilometrlərlə məsafəni avtomobili arxa istiqamətdə idarə edərək qət edir ki, bu da son dərəcə məsuliyyətsiz və təhlükəli hərəkətdir:

"Bu, fəxr olunası hal deyil. Toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir.

Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir. Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər.

Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir. Düşünürəm ki, zamanla bu ənənə ya daha təhlükəsiz formada davam etdiriləcək, ya da tədricən aradan qalxacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3557   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr