Azərbaycanda yaz fəsli olmayacaq? - Hazırlaşın, hava kəskin DƏYİŞİR
Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir.
Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın ilk iki ayı Bakı və ətraf bölgələrdə qeyri-sabit, sərin və yağıntılı hava şəraiti ilə yadda qaldı:
"Ənənəvi olaraq yaz aylarında müşahidə edilən mülayim istilik və günəşli günlər bu il özünü gec göstərir. Metroloji baxımından fəsillər arasında keçid dövrləri, xüsusilə yaz ayları dəyişkənliyi ilə seçilir. Hazırda müşahidə olunan sərin və rütubətli hava kütlələrinin üctünlük təşkil etməsi, əsasən şimal və qərb istiqamətlərindən daxil olan soyuq hava axınları ilə əlaqədardır. Bu proseslər bəzən yazın "gecikməsi" kimi qəbul edilir. Lakin may ayı ilə birlikdə vəziyyət dəyişməyə başlayır. Günəş radiasiyasının artması, torpaq və su səthinin isinməsi atmosferin aşağı qatlarında tempereturun yüksəlməsinə səbəb olur. Bu isə daha sabit və isti hava şəraitinin formalaşması üçün zəmin yaradır".
Ekoloq bildirib ki, may ayında tempereturun qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə artması mümkündür:
"Bu, xüsusilə cənub və cənub-şərq istiqamətindən daxil olan isti və quru hava kütlələri ilə bağlıdır. Belə hallarda temperatur bir neçə gün ərzində 10-15 dərəcə yüksələ bilər. Bu da anidən "kəskin istiləşmə" deməkdir. Amma bu proses sabit olmur. Yəni may ayında bir neçə gün isti hava müşahidə olunsa da, ardınca yenidən sərin və yağıntılı hava dalğası gələ bilər. Bu isə yaz fəslinin dəyişkən xarakterindən irəli gəlir.
Son illərdə iqlim dəyişikliyi nəticəsində hava hadisələrinin daha qeyri-sabit və ekstremal xarakter alması müşahidə olunur. Bu konteksdə yaz aylarının gecikməsi, qəfil istiləşmə və soyuma, intensiv yağıntılar kimi hallarda tez-tez baş verir. May ayında ani istiləşmə ehtimalı da məhz bu qlobal dəyişikliklərin təsiri ilə real görünür.
Bütün bu amilləri nəzərə alsaq, may ayında havaların qəfil və kəskin istiləşməsi tamamilə mümkündür. Lakin bu istiləşmə davamlı və sabit olmayacaq, yəni yazın klassik, balanslı havası yenə də müəyyən müddət gecikə bilər. Bu səbəbdən hesab edirəm ki, yaxın həftələrdə həm isti, həm də sərin günlərə hazır olmaq, hava proqnozlarını mütəmadi izləmək ən doğru yanaşmadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4139 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabr