Azərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidir

Azərbaycan güləşinin Avropadakı liderliyi milli qürur mənbəyidirAzərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu siyasətin uğurlu nəticələrindən biri kimi Azərbaycan güləşçilərinin Avropa arenasında qazandığı növbəti möhtəşəm qələbə ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanmışdır. Prezident İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi bu uğurun dövlət səviyyəsində yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi.

Dövlət başçısı görüş zamanı milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edərək bildirdi ki, bu nailiyyət yalnız idman uğuru deyil, həm də Azərbaycan xalqının birliyinin və gücünün təcəssümüdür. Komanda hesabında birinci olmaq, xüsusilə də müasir dövrdə güləş kimi rəqabətin son dərəcə gərgin olduğu idman növündə, yüksək peşəkarlıq və ciddi hazırlıq tələb edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa və dünya səviyyəsində rəqabət ildən-ilə daha da artır və belə şəraitdə lider mövqeyi qoruyub saxlamaq böyük zəhmətin nəticəsidir. Azərbaycan güləş məktəbi zəngin tarixi ənənələrə malikdir. Bu ənənələrin qorunması və inkişaf etdirilməsi isə sistemli dövlət siyasəti, düzgün qurulmuş məşq və seleksiya prosesi ilə bilavasitə bağlıdır. Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, tanınmış güləşçilərlə yanaşı, gənc idmançıların da uğur qazanması gələcək üçün möhkəm təməl yaradır. Bu isə onu göstərir ki, federasiyanın fəaliyyəti, məşqçi korpusunun işi və ümumilikdə idman infrastrukturunun inkişafı düzgün istiqamətdə aparılır.

Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən Olimpiya İdman kompleksləri və güləş zalları idmanın kütləviləşməsində mühüm rol oynayır. Regionlarda gənc istedadların aşkarlanması və onların peşəkar səviyyədə hazırlanması gələcək uğurların əsasını təşkil edir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, seleksiya işinin daha da təkmilləşdirilməsi qarşıdakı dövr üçün əsas prioritetlərdən biri olmalıdır. İdman uğurlarının yalnız medal və nəticələrlə ölçülmədiyini qeyd edən dövlət başçısı idmançıların mənəvi keyfiyyətlərini də ön plana çəkdi. O bildirdi ki, Azərbaycan idmançıları həm yarış meydanında, həm də gündəlik həyatda nümunəvi davranış nümayiş etdirirlər. Bu isə onların cəmiyyətdə nüfuzunu artırmaqla yanaşı, gənc nəslin formalaşmasına da müsbət təsir göstərir. Qeyd edilməlidir ki, Azərbaycan idmançıları beynəlxalq arenada təkcə rəqiblərlə deyil, bəzən ədalətsiz qərarlarla da üzləşirlər. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkərək vurğuladı ki, belə hallarda belə idmançılar ləyaqətli davranış nümayiş etdirməlidirlər. Bu yanaşma Azərbaycanın idman mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbirləri də ölkədə idmanın inkişafına mühüm töhfə verir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar Azərbaycanın bu sahədə qazandığı təcrübəni və potensialını nümayiş etdirir. Bu tədbirlər həm də müxtəlif idman növlərinin populyarlaşmasına şərait yaradır. Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yerin əldə olunması xüsusi əhəmiyyət daşıyır. Bu nəticə Azərbaycan güləşinin hər iki istiqamətdə lider mövqedə olduğunu sübut edir. Qadın güləşində də əldə olunan uğurlar isə bu sahənin də sürətlə inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə qadın güləşçilərimizin də qızıl medallar qazanacağına inam böyükdür. Milli komandada mövcud olan sağlam ab-hava, birlik və qarşılıqlı dəstək uğurların əsas amillərindən biridir. İdmançıların bir ailə kimi çıxış etməsi onların psixoloji hazırlığını gücləndirir və yarışlarda daha yüksək nəticələr əldə etmələrinə şərait yaradır. Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Onun uzun illər Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi Azərbaycanın idman sahəsində sistemli inkişafını təmin etmişdir. Bu dövr ərzində bir neçə nəsil idmançı yetişmiş, Azərbaycan beynəlxalq idman arenasında güclü mövqeyə sahib olmuşdur. Nəticə etibarilə, Avropa çempionatında qazanılan qələbə təkcə idman uğuru deyil, həm də Azərbaycanın ümumi inkişaf səviyyəsinin göstəricisidir. Bu uğur ölkədə həyata keçirilən düzgün idman siyasətinin, dövlət qayğısının və idmançıların zəhmətinin məntiqi nəticəsidir. Əminliklə demək olar ki, Azərbaycan güləşi gələcəkdə də yeni zirvələr fəth edəcək və ölkəmizin adını beynəlxalq arenada daha da ucaldacaqdır.

Milli Məclisin deputatı
Şahin Seyidzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 277   Tarix: 02 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr