Natiq Fərzəliyev: "Mən həyat yoldaşımı aldatmamışam"

Natiq Fərzəliyev: "Mən həyat yoldaşımı aldatmamışam""Mən həyat yoldaşımı aldatmamışam. Vəd vermişdsim ki, toyumuzdan sonra doyunca gəzəcəyik, xoş günlər yaşayacağıq. Amma alınmadı".

Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Natiq Fərzəliyev həyat yoldaşı Nərgizin "Natiq ailə quranda məni aldatmışdı" fikirlərinə cavab verərkən deyib.

Aktyor bildirib ki, vədlərinin yerinə yetməməsi şəxsi münasibətlərdəki səmimiyyətsizlikdən yox, həyatın gətirdiyi çətinliklərdən qaynaqlanıb:

"Elə bir dövr gəldi ki, problemlərdən baş aça bilmədik, vədlərim reallaşmadı. Amma dediklərim uydurma deyildi. Sadəcə şərait imkan vermədi".

O, ailə həyatından da danışaraq bildirib ki, evdə əsasən yemək hazırlayan həyat yoldaşıdır:

"Evdə bütün yeməkləri həyat yoldaşım bişirir. Mən də hərdən nəsə hazırlayıram. Uşaqlar da deyir ki, ata bişirdiklərin daha dadlı olur. Kefim olanda qeyri-adi yeməklər hazırlayıram".

Aktyor həmçinin qeyd edib ki, həyat yoldaşı Nərgiz Fərzəliyeva onunla ailə qurduğu üçün heç vaxt peşmanlıq hissi ifadə etməyib:

"Əgər mənimlə ailə qurduğu üçün peşman olsaydı, 35 il bir yerdə qalmazdıq. O, mənə qarşı həmişə anlayışlı olub və məni yüksək qiymətləndirib".

Qeyd edək ki, Nərgiz Fərzəliyeva müsahibələrindən birində incəsənət adamı ilə ailə həyatının çətinliklərindən danışaraq, evlilikdən əvvəl ona verilən vədlərin tam yerinə yetirilmədiyini bildirmişdi.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 973   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25 oktyabr
.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

3 oktyabr
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

24 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr