Onlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir.
Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də biznes modellərinin yenilənməsi ilə əlaqələndirilir.
Bəs görəsən geyim mağazalarının bağlanmasının əsas səbəbləri nədir və onlayn satış platformaları bu sahədə həqiqətən fiziki mağazaları üstələyir, yoxsa bu dəyişimin arxasında daha geniş iqtisadi və davranış faktorları dayanır?
Mövzu ilə bağlı Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Sonxeber.az -a açıqlama verib:
"Geyim pərakəndə satış sektorunda fiziki mağazaların tənəzzülü yalnız onlayn rəqabətin deyil, bir-birini gücləndirən struktur amillərin nəticəsidir. McKinsey və Business of Fashion-ın "State of Fashion 2024" hesabatına görə, qlobal geyim sənayesi 2024-cü ildə cəmi 2-4% artım nümayiş etdirəcək. Bu sektorun zəif vəziyyətini açıq şəkildə əks etdirir. Geyimə oul xərcləmə niyyəti Avropada 39%, ABŞ-da isə 25% azalıb. Yüksək icarə xərcləri, "showrooming" davranışı yəni müştərilərin mağazada sınadıqdan sonra onlayn alması və COVID-19-un sürətləndirdiyi rəqəmsal keçid bu prosesi katalitik şəkildə dərinləşdirdi.
Lakin məsələni sadəcə "onlayn vs fiziki" müstəvisində dəyərləndirmək yanıldıcı olardı. ABŞ-da 2024-cü ildə ümumi pərakəndə satışların 16.9%-i geri qaytarılmış, onlayn satışlarda isə bu nisbət 20%-ə yaxınlaşmışdır. Geyim kateqoriyasında isə geri qaytarma nisbəti 30-40%-ə çatır ki, əsas səbəb kimi ölçü uyğunsuzluqları və fitə dair subyektiv gözləntilər göstərilir.
Bu yük platformaların mənfəat marjasını ciddi şəkildə aşındırır və məhz buna görə Warby Parker, Allbirds və Amazon kimi əvvəlcə tamamilə onlayn fəaliyyət göstərən brendlər fiziki mağaza açmağa başladı. Beləliklə, qalib tərəf nə yalnız onlayn, nə də yalnız fiziki kanal əksinə, istehlakçı təcrübəsini bütövləşdirə bilən inteqrasiya modelidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 676 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabr