"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO
"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib.
Bu barədə Sonxeber.az xəbər verir.
"Kintsugi" yapon fəlsəfəsinə əsaslanan və qırılmış qabların qızıl vasitəsilə bərpasını ifadə edən sənət növüdür. Bu yanaşma simvolik olaraq, insanın yaşadığı çətinlikləri gizlətmək deyil, onları qəbul edərək dəyərə çevirməyi təşviq edir. Beləliklə, çatlar zəifliyin deyil, yaşanmış təcrübənin və daxili gücün ifadəsinə çevrilir.
Təlim yaşam koçu və təlimçi Fidan Əliheydər tərəfindən aparılıb. Sessiya çərçivəsində iştirakçılara kintsugi fəlsəfəsinin əsas prinsipləri əsasında şəxsi inkişaf və emosional dayanıqlılığın gücləndirilməsinə yönəlik praktik alətlər bölüşülüb.
İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar yaradıcı tapşırıqlar icra ediblər. Kasalar öncə sındırılıb, daha sonra isə diqqətlə bərpa olunaraq bəzədilib. Bu proses daxili potensialın kəşfi və fərdi bütövlüyün yeni formada qurulması kimi izah olunub. Təlim boyunca iştirakçılar şəxsi təcrübələrini bölüşərək emosional yüngülləşmə və özünüdərk istiqamətində müsbət nəticələr əldə ediblər.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 158 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki
7 maySon dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayQız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var
Gəncə şəhərində kütləvi dava olub. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar. 2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insiden
6 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 may