Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.
Qurum rəsmisi yarışın mükafat fondu ilə bağlı danışıb:
"Yarışın mükafat fondu 50 min avrodan çoxdur. Bu mükafat qaliblər arasında bölünəcək. Həm sprint həm də dağ velosipedlərin yarışında hər mərhələnin qalibi mükafatlandırılacaq".
"Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək imkanımız var. Növbəti illərdə yarışın Kəlbəcərdə də keçirilməsi planlaşdırılır. " - deyə o bildirib.
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 380 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3
26 avqustAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb
"Neftçi" ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib. O
26 avqustDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr