Aysun qızından danışdı: "Görəndə bir addım geri çəkildi, üzümə baxdı"

Aysun qızından danışdı: "Görəndə bir addım geri çəkildi, üzümə baxdı"Müğənni Rəqsanə İsmayılovanın özü kimi müğənni olan qızı Aysun İsmayılova sosial şəbəkədə Sevgi ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, müğənni qızı Sevgi üçün xüsusi hədiyyə aldığını bildirib. Aysun uzun müddətdir övladının oyuncaq mətbəx istədiyini, lakin otağının rənginə uyğun model tapa bilmədiyini deyib. Nəhayət istədiyi mətbəxi tapdığını qeyd edən sənətçi qızının reaksiyasını izləyiciləri ilə bölüşüb:

"Bəzən düşünürəm ki uşaqları xoşbəxt etmək əslində nə qədər asandır… Bir oyuncaq bir sürpriz və o saf gülüş. Bir neçə gündür ki, evin qaşıqları ilə oynayırdı guya yemək bişirir sonra da deyirdi "Ana, ye!" Telefonda bu mətbəxlərin şəklini göstərirdim gülürdü, "Sevginin" deyirdi. Mən də otağına uyğun olanını tapmağa çalışdım. Əvvəl inanmadı, sonra gülməyə başladı. Allah hər valideynə övladının istəklərini və övladına qurduğu xəyalları gərçəkləşdirməyi nəsib etsin.Onun xoşbəxtliyi mənim bütün dünyamdır".

Qeyd edək ki, Sevgi Aysun İsmayılova ilə vəkil Ramil Vəliyevin övladıdır. Cütlük ailə həyatı qursa da, bir müddət sonra ayrılıb. Müğənninin qızı Sevginin ötən ilin avqust ayında 1 yaşı tamam olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 586   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"

Tele-aparıcı və aktrisa Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, o, bəzi qadınların həyat yoldaşlarını başqalarının ərləri ilə müqayisə etməsini tənqid edib. Naiblinin sözlərinə görə, bu cür yanaşma ailədaxili münasibətlərə mənfi təsir göstərir

18 iyun
.

Acun Ilıcalının qolundakı saatın qiyməti gündəm oldu

Türkiyənin tanınmış media rəhbəri və televiziya siması Acun Ilıcalı qatıldığı YouTube proqramında bu dəfə açıqlamaları ilə deyil, qolundakı lüks saatla diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Ilıcalının taxdığı saatın təxminən 3 milyo

19 iyun
.

""Son zəng"də bədii və mənəvi dəyərlər ön plana çıxarılmalıdır" - AÇIQLAMA

"Son illər "Son zəng" tədbirlərinin forması və miqyası cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrildiyi üçün Elm və Təhsil Nazirliyi bu prosesi tənzimləmək məqsədilə hər il xüsusi əmr imzalayır və məktəblər qarşısında konkret tələblər qoyur". Bunu -a təhsil eksperti Şəmsi Qoca danışıb

19 iyun
.

Elza əsəbiləşib bacısının üstünə qışqırdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan ilə bacısı, müğənni Rasimə Seyidcahan arasında yaşanan gərgin anlar diqqət çəkib. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Elza Seyidcahanın danışdığı vaxt bacısının söhbətə müdaxilə etməsi müzakirələrə səbəb olub. Sənətçi bu vəziyyətə sərt reaksiya göstərərə

19 iyun
.

Səidə Dadaşova: "Atamın vəfatından sonra evdə aynalarımız bağlandı"

Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib. xəbər verir ki, bu barədə ifaçı "Afaqla 10lar" verilişində danışıb:. "Ayna son zamanlar məni çox kövrəldir. Atamın vəfatından sonra evdə aynalarımız bağlandı. Ondan sonr

23 iyun
.

Ece İrtemi sarsıdan itkilər: Son günləri ilə bağlı diqqətçəkən açıqlama - VİDEO

Ölümü ilə sənət dünyasını yasa boğan türkiyəli aktrisa Ece İrtem ilə bağlı yeni görüntülər ortaya çıxıb. türk mediasına istinadən xəbər verir ki, aktrisanın yaxın dostu Cansu Gültekin onun son dövrlərdə yaşadığı ağır itkilərin psixoloji vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Gültekin açıqlamasınd

17 iyun
.

"Müğənnilər bu qidaları yeməməlidir"

Müğənni Elnarə Xəlilova həmkarlarına məsləhət verib. Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində bəzi sirləri açıqlayıb:. "Mədə turşuluğu çox olanda səs tellərini yandırır. Qaydasında turş yemək olar. Çox acı, turş yemək olmaz. Yayda belə soyuq içmək olmaz. Səsi qorumalısan"

20 iyun
.

Azərbaycanlı aktrisanın bal ayından romantik FOTOLARI

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nesrin Cavadzadə şəxsi həyatı ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı aktrisa evlilikdən cəmi bir neçə gün sonra çıxdığı balayı tətilindən romantik fotolarını İnstagram izləyiciləri ilə bölüşüb. Cütlüyün birlikdə ye

25 iyun
.

Aktrisanın ölümündə yeni detallar: Anası həmin gecə baş verənləri danışdı

Türkiyəli aktrisa 35 yaşlı Ece İrtemin Kadıköydəki evində vəfat etməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, polisə ifadə verən aktrisanın anası Nuriye İrtem qızının hadisə baş verən gecə həddindən artıq spirtli içki qəbul etdiyini bildirib. Ananı

16 iyun