Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.
Qaynarinfo PFL-ə istinadən xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.
Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda - bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.
Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.
Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.
Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.
Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub - 3369.
* - yarımçıq dayandırılan "İnter" - "Turan" oyunu və tamaşaçı sayı nəzərə alınıb.
** - Baş tutmayan "Xəzər Lənkəran" - "Araz-Naxçıvan" matçı, həmçinin tamaşaçısız keçirilən mövsümün görüşləri oyun sayında nəzərə alınıb, orta göstəricilərdə hesablanmayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 645 Tarix: 11 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3
26 avqustAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb
"Neftçi" ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib. O
26 avqustDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr