"Ermənistanda hakimiyyətə gələcək qüvvələr düşünməlidir ki, hər şey 7 iyun tarixi ilə məhdudlaşmır, ondan sonrası da var" - DEPUTAT

"Ermənistanda hakimiyyətə gələcək qüvvələr düşünməlidir ki, hər şey 7 iyun tarixi ilə məhdudlaşmır, ondan sonrası da var" - DEPUTATXəbər verdiyimiz kimi İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Qafqazda sabitliyi pozmağa çalışan və Azərbaycan-Ermənistan arasında davam eden sülh prosesinə maneə törədən qüvvələr yenidən aktivləşəcək. Bu prosesdə Ermənistan hansı addımları ata bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, söhbət yalnızca Ermənistandan və orada keçiriləcək seçkilərdən getmir:

"Bütövlükdə beynəlxalq münasibətlər tarixinə, dünyada gedən proseslərə nəzər yetirdiyimiz zaman tarix bizə onu göstərir ki, hansısa bir regionda, hansısa bir ölkənin daxilində taleyüklü qərarlar alındığı zaman Qərb və Rusiya, eləcə də digər dövlətlər buraya maraq göstərirlər ki, həmin o məqamdan istifadə edərək öz maraqlarını təmin etməyə çalışsınlar və yaxud da öz maraqlarını təmin etmək üçün yaxın olduqları qüvvələrə dəstək versinlər. Təbii ki, Ermənistanda keçiriləcək seçki bu baxımdan münbit zəmin yaradıb ki, tərəflər öz maraqlarını təmin etsinlər. Azərbaycanın yanaşması olduqca aydındır. Biz əməkdaşlığı təşviq edirik, sülh quruculuğunda qətiyyətliyik, məsələlərə keçmiş üzərindən deyil, indiki məqamdan yanaşırıq. Çünki biz keçmişə dönüb baxsaq, o zaman düşünürəm ki, sülh istiqamətində irəliləmək mümkün olmayacaq".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev bu dəfə də Zəngilandan və Cəbrayıldan o mesajları verdi ki, biz əgər lazımi nöqtədə və məqamda dayanmasaydıq, hadisələrin nəticəsi Ermənistan üçün daha acınacaqlı olardı:

"Eləcə də indiki məqamda sərhədə gəlib yerləşən tərəflər, kəslər fon yaratmaq üçün əgər hər hansı ritorika formalaşdırır, əgər mümkün olmayam ssenarilər cızırlarsa ki, guya Ermənistanı Azərbaycandan qorusunlar və yaxud da qoruyacaqlar, buna əsas yoxdur. Çünki Azərbaycan elə addımlar atmır ki, Ermənistanı kiminsə qormağına ehtiyac yaransın.Ermənistan artıq öz müqəddəratını təyin etmək istiqamətində kamillik nümayiş etdirməlidir. Ermənistan o qədər yarımçıq, müstəqil olmayan siyasət yürüdüb ki, bu gün Ermənistanla ultimatum dilində danışılır, Ermənistana barmaq silkələnir. Təbii ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində də sülh prosesinə maneə törətməyə çalışan qüvvələrin aktivliyini görəcəyik. Artıq bu prosesə indidən başlayıblar.

Ermənistanın atmalı olduğu addımlar sadədir. Daxili birliyini qoruyub saxlamaq, təmkin nümayiş etdirmək, impulsiv qərarlar almamaq, tərəflərlə açıq konfrantasiyaya getməmək.Regionu, coğrafiyanı nəzər alaraq qonşu dövlətlərə qarşı ərazi iddiasından əl çəkmək lazımdır, bunu rəsmiləşdirməyi tezləşdirmək zəruridir. Ziddiyyətli məqamları daha da qabartmamaq lazımdır. Bu istiqamətdə Ermənistanda hakimiyyətə gələcək qüvvələr düşünməlidir ki, hər şey 7 iyun tarixi ilə məhdudlaşmır və orada bitmir, ondan sonrası da var. Yəni, əgər belə bir ssenarilər cızılırsa ki, revanşizmə dəstək versinlər, revanşist qüvvələri yenidən hakimiyyətə gətirsinlər və müharibə ritorikasını alovlandırsınlar və bu istiqamətdə addımlar atsınlar, burada uduzan birinci tərəf məhz Ermənistan olacaq. Odur ki, dönüş nöqtəsini demək olar ki, əhəmiyyətli dərəcədə geridə qoymuşuq, müsbət irəliləyişlər əldə etmişik. Bu müsbət irəliləyişlərin inkişaf etməsi trayektoriyası üzrə hərəkət edilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4578   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr