WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək

WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcəkBakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.

WUF13 Əməliyyat Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

Azərbaycanın Sədrliyi altında mayın 17-də keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər. WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.

Qlobal qiymətləndirmə və yeni siyasi impuls

Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcəkdir.

İştirakçılar mənzil təminatının üç əsas istiqamət - sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.

Yüksəksəviyyəli dialoq və tematik panellər

Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək.

Günün ikinci yarısında aşağıdakı mövzular üzrə üç tematik panel keçiriləcək:

• Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı

• Urbanistik rifah və hər kəs üçün imkanlar naminə mənzil təminatı

• Ekoloji cəhətdən dayanıqlı və iqlimədavamlı şəhərsalma üçün mənzil təminatı.

Bu sessiyalar mövzu üzrə həm praktiki yanaşmalar, həm də həll yolları ilə bölüşmək üçün hökumətləri, BMT qurumlarını, vətəndaş cəmiyyətini və yerli idarəetmə orqanlarını bir araya gətirəcək.

Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. Əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.

WUF13-ün əhatəli proqramının tərkib hissəsi kimi nazirlər görüşü dayanıqlı urbanizasiya üzrə işlərin gedişatını sürətləndirmək üçün dövlət siyasətini yerli səviyyədə icra ilə uyğunlaşdırmaqla tədbirin dialoq, tərəfdaşlıq və fəaliyyət üçün qlobal platforma rolunu gücləndirəcrək.

Xatırladaq ki, WUF13 mayın 17-22 tarixlərində keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 597   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr