Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
Son illərdə boşanmaların artması cəmiyyətdə ən çox müzakirə olunan sosial məsələlərdən birinə çevrilib. Bu mövzuda müxtəlif fikirlər səsləndirilir.
Bəzi insanlar boşanmaların əsas səbəbini ailə dəyərlərinə yad təsirlərdə görür, digərləri isə iqtisadi çətinliklər, psixoloji uyğunsuzluq və ünsiyyət problemlərinin daha önəmli rol oynadığını düşünür.
Bəs görəsən boşanmaların artmasında əsas səbəb nədir?
Mövzu ilə bağlı Sonxeber.az -a danışan sosioloqlar bildirirlər ki, ailə institutu zamanla dəyişən sosial proseslərin təsiri altındadır və boşanmalara yalnız bir səbəbdən yanaşmaq düzgün deyil:
'Ailə dəyərlərinə yad təsirlər" anlayışı müəyyən qədər nisbi məfhumdur. Çünki hər dövrün və hər cəmiyyətin ailə modeli fərqli olub. Lakin müasir dövrdə sosial şəbəkələrin təsiri, fərdiyyətçiliyin güclənməsi, sürətli həyat tərzi və xarici mədəniyyətlərin təsiri ailədaxili münasibətlərə müəyyən dəyişikliklər gətirib. İnsanların ailəyə baxışı əvvəlki nəsillərlə müqayisədə fərqlənib, şəxsi azadlıq və fərdi rahatlıq daha çox ön plana çıxmağa başlayıb.
Ancaq boşanmaların əsas səbəbini yalnız xarici və ya "yad" təsirlərlə əlaqələndirmək tam doğru olmaz. Araşdırmalar göstərir ki, ailədaxili ünsiyyətin zəif olması, qarşılıqlı hörmətin azalması, maddi problemlər, xəyanət, məişət zorakılığı və emosional anlaşılmazlıq boşanmaların ən əsas səbəbləri sırasında yer alır. Bir çox hallarda ailələr xarici təsirlərdən yox, daxildə həll olunmayan problemlərdən dağılır.
Digər vacib məqam isə insanların artıq problemli münasibətlərə əvvəlki kimi məcburi şəkildə davam etməməsidir. Xüsusilə qadınların iqtisadi və sosial baxımdan daha müstəqil olması onları zərərli münasibətlərdən çıxmağa daha meyilli edir. Bu da statistikalarda boşanma sayının artmasına təsir göstərən amillərdəndir.
Ailənin qorunması üçün yalnız ənənəvi dəyərlərin təbliği kifayət deyil. Paralel olaraq ailədaxili kommunikasiya mədəniyyəti, psixoloji hazırlıq, qarşılıqlı məsuliyyət hissi və emosional savadlılıq da inkişaf etdirilməlidir. Çünki ailəni uzunömürlü edən əsas faktor formal ənənələrdən çox, tərəflərin bir-birini anlama və birlikdə problem həll etmə bacarığıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1798 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn
31 oktyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabr