FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
Fövqəladə Hallar Nazirliyində (FHN) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Qərargah və işçi qruplar yaradılıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə dünyanın diqqətini yenidən Bakıya yönəldəcək:
Sessiyaya hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələri uğurla icra edir.
Bu məqsədlə FHN-də Nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.
Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb.
Həmçinin, Nazirliyin müvafiq strukturları, o cümlədən yangın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri tədbirlər həyata keçirilib. Belə ki, Nazirlikdə yaradılmış Qərargah tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib, şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə, o cümlədən otel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri, insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 462 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrKredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn
31 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrXəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabr