Makqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib.
Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir. Təşkilatın iki çəki kateqoriyasında keçmiş çempionunun qayıdışının iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirində baş tutması gözlənilir. Qeyd edilir ki, döyüş yarımyüngül çəkidə olacaq.
Xatırladaq ki, mart ayında Makqreqor UFC-yə qayıtmaq niyyətini təsdiqləyib.
Makqreqor 2021-ci ilin yayından - ABŞ-li Dastin Poryeyə texniki nokautla məğlub olduğu vaxtdan bəri döyüşməyib. Həmin döyüşdə irlandiyalının ayağı sınıb. Karyerası ərzində Makqreqor ümumilikdə MMA-da 28 döyüş keçirib ki, onlardan 22-də qələbə qazanıb və 6 dəfə məğlub olub. O, yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionudur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 531 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustMessinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabrElvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
2 sentyabr"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqustAzərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə
1 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabr