Alla Puqaçovanın nəvəsinin sata bilmədiyi malikanənin real qiyməti açıqlandı
Alla Puqaçovanın nəvəsi Nikita Presnyakova hədiyyə etdiyi dördmərtəbəli malikanənin faktiki dəyərinin təxminən 90-120 milyon rubl (təxminən 1.7 - 2.2 mln. manat) təşkil etdiyi bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə rieltor Yuliya Yusova "Abzats" nəşrinə açıqlamasında deyib. Mülk İstra su anbarının sahilindəki Malıe Berejki kottec qəsəbəsində yerləşir. Puqaçova bu ərazini hələ 1990-cı illərdə alıb. Əsas binanın sahəsi 760 kvadratmetrdir. Evdə kinoteatr, bilyard otağı, hamam və hovuz mövcuddur. Bundan əlavə, ərazidə işçilər üçün ev və dayanacağı olan qaraj kimi köməkçi tikililər də var. Obyektin həmçinin bələdiyyədən icarəyə götürülmüş xüsusi estakadası və sahil xətti mövcuddur.
Daşınmaz əmlak Primadonnanın nəvəsi Nikita Presnyakovun adına rəsmiləşdirilib. O, malikanəni 2025-ci ilin sentyabrından bəri satmağa çalışır. Əvvəlcə qiymət 152 milyon rubl olsa da, daha sonra 130 milyona endirilib. 2025-ci ilin sonunda mülk daha 5 milyon rubl ucuzlaşıb. 2026-cı il mayın 14-də villanın artıq 110 milyon rubla təklif edildiyi məlum olsa da, hələ də alıcı tapılmır.
Yusovanın sözlərinə görə, satışın uğursuz olmasının səbəbi elit mənzil alıcılarının seçimlərinin dəyişməsidir. Hazırda alıcılar təkcə obyektin statusunu deyil, həm də onun likvidliyini, texniki vəziyyətini, hüquqi şəffaflığını və saxlama xərclərini əsas götürürlər.
"Alıcıların marağına təsir edən ciddi amillərdən biri də estakada ilə bağlı vəziyyətdir. Belə ki, "Rosprirodnadzor" orada qanunpozuntuları aşkar edib: obyekt qeydiyyata alınmayıb, müvafiq icazələri yoxdur və qurumun məlumatına görə, su hövzəsi üzrə hərracların keçirilməsinə mane olur", - deyə ekspert əlavə edib.
Bundan başqa, rieltor qeyd edib ki, bu formatda olan malikanələrə artıq tələbat azalıb. Belə nəhəng bir obyektin saxlanılması davamlı və bahalı investisiya tələb etdiyindən, alıcılar getdikcə daha yığcam və funksional evlərə üstünlük verirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrTanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
3 oktyabrMələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrMustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
3 oktyabr