Mikels "Bakılı balasıyam" oynayanda...
"Sabah" layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ"ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar"ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah"ın işinə yaradı.
Litvalı mütəxəssis də həmin məqamı yaxşı dəyərləndirdi, "Qarabağ" üçün çətin görünən periodda xal fərqi yarada bildi. Sonradan bu fərqi qorumaq, müəyyən qədər də artırmaq çox da çətin olmadı.
İndi hamını düşündürən bir sual var. Həmin sual da ondan ibarətdir ki, daxili yarışlarda rəqib tanımayan "bayquşlar" Çempionlar Liqasında necə çıxış edəcək, əsas mərhələyə qədər yüksələ biləcəklərmi? Şəxsən mən belə düşünürəm ki, birdən-birə "Sabah"dan bunu tələb edə bilmərik. Bu tələb "Sabah" üçün xeyli ağır olar. Ona görə də hadisələrə real baxıb, "Sabah"ın Avropa Liqasında, yaxud da UEFA Konfrans Liqasında əsas mərhələyə qədər yüksəlməyi bacaracağına ümid etməliyik. Dambrauskas və onun futbolçuları bunu bacarsalar, böyük uğur əldə etmiş olacaqlar.
Bir deyim var: "Çempion olmaq asandır, o çempionluğu qorumaq çətin". "Qarabağ"ın timsalında bu çətinliyin necə olduğunu hamımız gördük. Qurban Qurbanovun komandası uğur qazandıqca "Qarabağ"ın formasını geyinən futbolçulara maraq artdı. Hər gün yeni bir transfer şaiyəsi eşitdik. Sonrası da hər kəsə məlumdur. Artıq legionerlərin bir çoxu daha güclü çempionatların, daha artıq qazancın xəyallarını qurmağa başladılar. Yerli futbolçulardan ən yaxşısı hesab olunan Elvin Cəfərquliyevin də taleyi gözümüzün önündədir. Adam "ulduz xəstəliyi"nə necə tutuldusa, intizamı pozmağa, özünü göyün yeddinci qatında hiss etməyə başladı. Bir də gördük ki, Qurbanov Elvini əsas heyətdən uzaqlaşdırıb, futbolçu əvəzedici heyətdə məşqə çıxır.
İndi kim təminat verə bilər ki, "Sabah" oxşar problemlərlə üzləşməyəcək? Biz "Sabah"ın heyətinin güclənməsini, daha yaxşı transferlər edilməsini arzulayırıq. Amma hazırda heyətdə olan futbolçuların "qızıl dubl" etdikdən sonra rəhbərlik qarşısında yeni şərtlər qoyacağı, maaşlarının artırılmasını istəyəcəkləri də real görünür. Necə ki, üç il bundan əvvəl Coy-Lens Mikels "Sabah"ı çətin vəziyyətdə qoydu. Belqrad "Partizan"ı ilə vacib oyunlardan əvvəl klubla futbolçu arasında qalmaqal yaşandığı hamımızın yadındadır.
Həmin vaxt "Sabah"ın yaydığı bəyanatda belə qeyd olunurdu: "Mikelsin avrokubokda, demək olar hər oyunumuzdan öncə əməkhaqqının artırılması ilə bağlı müraciət etməsi və bunun üçün əhəmiyyətli matçlara bir fürsət kimi baxması klub tərəfindən birmənalı qarşılana bilməzdi. Komandamızın matçından öncə futbolçunun agenti klub rəhbərliyinə səsli mesaj göndərərək oyunçunun əməkhaqqında külli miqdarda artım olmayacağı halda matça çıxmayacağını bildirsə də, daha sonra Mikels özü klub rəhbərliyinə belə bir fikir bildirmədiyini demişdi. Klub olaraq "Partizan"la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuz bildirilmiş, futbolçu da bu təkliflə razılaşdığını qeyd etmişdi. Lakin sonra klubdan daha yüksək məbləğ tələb etmiş və "Partizan"la vacib görüşdən bir gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirib. Oyun ərəfəsində məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib".
Bu qalmaqalın ardından gözünü ərəblərin pulları qamaşdıran Mikels "Əl-Faysal"a yollandı. Orda oyunu alınmayan futbolçu sonradan əli ətəyindən uzun "Sabah"a qayıtdı. 2024-cü ilin yayında "Sabah"la onun arasında 1+1 illik müqavilə bağlanıb. "Əl-Faysal"a ərəblərin milyonlarından pay götürmək üçün yollanmazdan əvvəl Mikels "Bakılı balasıyam" mahnısını qol götürüb oynamağı çox xoşlayırdı. Amma sonradan ərəblərin pulları onun gözünü necə qamaşdırdısa, nə Bakı yada düşdü, nə də "Sabah". Çempionluq kubokunun təqdimatı zamanı Mikels yenidən "Bakılı balasıyam" mahnısına oynadı. "Sabah" rəhbərliyi ehtiyatlı olmalıdır, Coy-Lens hər dəfə bu mahnıya oynayanda maaşının artırılmasını tələb etməyə başlayır. Təki bu dəfə elə olmasın.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA