Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQAzərbaycan Mərkəzi Bankı hansı pulların yararsız hesab olunduğuna aydınlıq gətirib.

"Yeni Sabah"ın sorğusuna cavab olaraq qurumdan bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na əsasən, üzərində kəsik, çatışmayan hissə, gözə çarpan yazı və ya ləkə olan, ciddi çirklənmiş, rəngi solmuş, yapışqan lentlə və ya digər vasitələrlə birləşdirilmiş əskinaslar tədavülə yararsız hesab olunur:

Qeyd olunub ki, "Mərkəzi Bank haqqında" qanunun 40-cı maddəsinə əsasən, səthinin ən azı 60 faizi qalan və seriya nömrələrindən biri və ya hər ikisi tam saxlanılan kağız pul nişanlarının nominal dəyəri ödənilir. Pepperoni pizza

Məlumata görə, metal pul nişanları üzrə isə üzərindəki yazı və təsvirlər nominalı müəyyən etməyə imkan verirsə və deformasiya olmayıbsa, onların da dəyəri qaytarılır:

"Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən pul nişanları isə ödəmə qabiliyyətini itirmiş hesab edilir və onların nominal dəyəri ödənilmir".

Mərkəzi Bankdan həmçinin qeyd edilib ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməlidir:

"Lakin üzərində yararsızlıq əlamətləri olan əskinaslar tədavülə yararsız sayıldığı üçün ödənişlərdə qəbul edilməyə bilər.Vətəndaşlar yararsız hala düşmüş milli pul nişanlarını dəyişdirmək üçün "ABB" ASC və "Kapital Bank" ASC-nin filiallarına, Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər".

Qeyd edək ki, Mərkəzi Bankın ərazi idarələri və operator banklarda pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə bu xidməti öz daxili qaydalarına uyğun olaraq ödənişli və ya ödənişsiz təqdim edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2404   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr