Azərbaycanda pensiyalarla bağlı YENİLİK
Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.
Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.
Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 130 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"WUF13-də 54 minədək insan iştirak edib" - Anar Quliyev
"WUF13 çərçivəsində 54 minədək şəxs fəal iştirak edib". xəbər verir ki, bu barədə WUF13 Milli Koordinatoru Anar Quliyev forumun rəsmi bağlanış mərasimindən öncə keçirilən mətbuat konfransında danışıb. O qeyd edib ki, Azərbaycan şəhərsalma siyasətini qlobal gündəmlə uzlaşdırmağa çalışır. Bildiri
22 mayƏli Əsədov QƏRAR İMZALADI - Bu şəxslərə hər ay 100 MANAT VERİLƏCƏK
Azərbaycanın dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarının mənzil kirayəsi xərclərini hökumət ödəyəcək. "Yeni Sabah" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşlar
23 mayTəkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir
23 mayBu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı
Türkiyədə İstanbul Bilgi Üniversitesi ilə bağlı qalmaqallı qərar gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Prezident Recep Tayyip Erdoğanın imzaladığı və "Resmi Gazete"də yayımlanan qərara əsasən universitetin fəaliyyət icazəsi ləğv edilib. Bundan sonra universitetin kampus qapısın
22 mayDavamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?
Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən, "NNS Klinika" MMC-yə məxsus özəl tibb müəssisəsində apardığı plandankənar yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlayıb. Bununla əlaqədar olaraq, müəssisəni
23 mayYaşı 65 olanların NƏZƏRİNƏ - 2030-cu ilə qədər...
Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir. -a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək və yaşlıların sayı 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq. Birləşmiş Millətlər Təşkilatının bu proqnozlar
24 mayÜnvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI
2026-cı il aprelin 1-i tarixinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alan ailə üzvlərinin sayı respublika üzrə 349 944 nəfər təşkil edib. -a istinadən xəbər verir ki, 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğ
22 may