Serenay Sarıkaya saxlanılıb - VİDEO
Serenay Sarıkaya barəsində aparılan narkotik istintaqı çərçivəsində İstanbulda saxlanılıb.
Sonxeber.az türk mediasına istinadla xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun mayın 21-də məşhurlarla bağlı başladığı narkotik araşdırması çərçivəsində 25 nəfər haqqında saxlanılma qərarı verilmişdi. Həmin şəxslər arasında Serenay Sarıkayanın da adı yer alırdı.
İddialara görə, qərar çıxarılan zaman xaricdə olan aktrisa Türkiyəyə qayıdacağını açıqlamışdı. Bu gün isə onun İstanbulda hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib.
Sarıkaya daha əvvəl verdiyi açıqlamada uzun müddətdir planlaşdırdığı xarici səfərdə olduğunu qeyd edərək, "Ən qısa zamanda ölkəmə qayıdıb bütün prosedurları yerinə yetirəcəyəm" demişdi.
İstintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı Muğlada da əməliyyat keçirilib. Ümumilikdə 25 ünvanda aparılan əməliyyat zamanı çoxsaylı şəxslər saxlanılıb.
Araşdırma çərçivəsində məşhurların həkimi kimi tanınan Mehmet Rahşan da həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Məşhur türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks hoteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək. qafqazinfo-ya istinadən xəbər verir ki, "meqastar"ı canlı dinləmək istəyənləri yüksək qiymətli paket gözləyir. Belə ki, "Gel Konuşalım"
22 avqustEmin oğulları ilə (FOTO)
Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılla çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Müğənni paylaşımına "Mənim dəstəyim" qısa şərhini yazıb. Qeyd edək ki, Eminin daha iki qızı var
25 avqustKanye Rusiyada konsert verəcək
Reper Kanye Uest bu payız Rusiyada konsert verəcək. OLAY yazır ki, amerikalı reperin konsertlərinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilməsi planlaşdırılır. Bu barədə xarici ifaçıların konsertlərinin təşkili ilə məşğul olan "Say Edjensi" şirkəti məluma
18 avqustEbru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Türkiyəli müğənni Ebru Gündeş plastik əməliyyatdan sonra görünüşü ilə diqqət çəkməkdə davam edir. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində səhnə alan ifaçının görüntüləri sosial mediada yayılıb. İzləyicilər üzündəki dəyişikliyi bəyəndiklərini bildiriblər. Qeyd edək ki, Ebru 10 yaş cavanlaşma
18 avqust"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi
Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi
29 avqustNadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - Foto
Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var
16 avqustNəzrin qızı ilə foto paylaşdı
Bloger Nəzrin Nəcəfova qızı ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, Nəzrin övladı ilə çəkdiridiyi şəklə "anasının həyatı" qısa şərhini yazıb. Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyubovanın qızı olan Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir
20 avqust