Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
İntizamsızlığa görə "Qarabağ"ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.
Sonxeber.az Futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos" klubu maraqlanır.
Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.
"Panatinaikos"a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın "Kopenhagen" klubunun "sükanı arxasında" olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı "Kopenhagen" "Qarabağ"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin "Matçın oyunçusu" seçilmişdi.
Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.
Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. "Qarabağ" müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.
Elvinə Serbiya "Partizan"ı və Portuqaliya "Braqa"sı da maraq göstərir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1666 Tarix: 03 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messidən finaldan sonra hamını təəccübləndirən addım
"Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messi dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra milli komanda ilə birlikdə Argentinaya qayıtmayıb. -a istinadən xəbər verir ki, komandanın kapitanı və Argentinaya uçmayan daha doqquz oyunçu ABŞ-də qalıb. Argentina Futbol Assosiasiyas
21 iyulMusa Qurbanlının son vəziyyəti nə yerdədir?
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək "Qarabağ"ın zədəli hücumçusu Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəlib. Ağdam təmsilçisinin mətbuat xidmətindən -a verilən məlumata görə, 24 yaşlı forvard 2 gün öncə fərdi çalışmalara başlayıb. Onun yaxı
21 iyulDÇ-2026-nın finalöncəsi "sehrli foto"
İspaniya və Argentina yığmalarının qarşılaşacağı 2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində Kataloniyanın "Barselona" klubunun mətbuat xidməti maraqlı bir tarixi faktı yenidən gündəmə gətirib. -a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamalı vannad
17 iyulBu gün Premyer Liqanın püşkü atılacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, tədbir bu gün, saat 15:00-da start götürəcək. Çempionatda "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi"
17 iyulBakıdakı dünya çempionatında 600-dən çox idmançı çıxış edəcək
Bu gün cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclə
16 iyul"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb. xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı
18 iyul"Qarabağ"ın biletləri bu gün satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" -"ÇSKA Sofia" qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq. klubun məlumatına istinadən xəbər verir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək. Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramo
18 iyul