Dəhşətli SOYUQLAR GƏLİR

Dəhşətli SOYUQLAR GƏLİRYer kürəsində 5-ci buz dövrü başlayır.
Bu barədə geologiya-minerologiya elmləri doktoru Vladimir Polevanov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, planetdə bu günə qədər baş vermiş dörd buz dövrünün beşincisi də əvvəlkilər kimi bir çox ərazilərdə həyat əlamətini donduracaq. İlk donanlardan isə Şimali Amerika və Kanada olacaq. ABŞ və Kanadada qeydə alınmış dözülməz şaxtalar buna nümunədir. Əlamətlər artıq ötən qış mövsümlərində özünü büruzə verib. Hər iki ölkədə qışda havanın hərarəti normadan 7 dərəcə aşağı düşüb. Ən əsası Kanadada yerləşən Lavrenti buzlağının həcmi artıb. Bütün buzlaşma dövrləri də bu ərazidən qaynaqlanıb. Alim bildirir ki, 1000 ildən sonra Skandinaviyada yerləşən buzlaqlarının həcmi artacaq və Peterburqa qədər ərazilər buzlanacaq. 8-10 min il sonra Moskvanın ərazisində nəhəng buz "səhra" yaranacaq.
"Təbii fəlakətlər, xüsusilə də qışın çox sərt keçməsi həmişə olub. Amma son dövrlərdə isti ərazilərdə gözlənilmədən qar yağması, nəinki şimal ölkələrində, hətta cənubda da qışın sərt keçməsi öz sözünü deyir. "Avropanın sobası" adlanan isti Qolfstrim axının donması təhlükənin həddini açıq-aydın göstərir. Bu axın Meksika körfəzindən qaynaqlanan, Karib dənizində isinib keçərək 50 milyon kubmetr isti suyu Avropaya daşıyır. Onun gücü atom stansiyasına bərabərdir! İndi təsəvvür edin ki, belə bir təbii soba donur", - deyə alim vurğulayıb.
Yeri gəlmişkən, 2002-ci ildə Hollivudda "Buz dövrü" adlı cizgi filmi çəkilmişdi. Film təkcə uşaqların deyil, böyüklərin də xoşuna gəldiyindən silsilə şəkildə bölmələri ərsəyə gəldi. Cizgi filmində qeyd olunurdu ki, Yer kürəsində buzlaşma başlayır və öldürücü soyuqlardan qorunmaq üçün hamı cənuba doğru tələsir. Alimlər isə filmin yaradıcılarını öngörücülər adlandırırlar. Çünki yaxın gələcəkdə, həqiqətən də insanların cənub ölkələrinə axınının başlanacağını güman edirlər.
Qeyd edək ki, hələ 2005-ci ildə Londonda iqlim dəyişikliyi ilə bağlı elmi konfrans keçirilmişdi. Həyəcan siqnalı verilmişdi ki, XXI əsrin ortalarında Qolfstrim axını tamamilə donacaq. Konfransdan sonra Qolfstrimin monitorinqinə Böyük Britaniya 200 milyon funt, ABŞ isə 400 milyon dollar ayırmışdı. Amma 2010-cu ilin aprelində Meksika körfəzində yerləşən neft platformasında güclü yanğın baş vermişdi. Bu yanğının qəza deyil, bilərəkdən törədildiyi iddia olunurdu. İtaliyan fizik doktor Zanqari bu hadisəyə "Planetin iqliminin kardiostimulyatorunu məhv etdilər", - deyə açıqlama vermişdi.
V.Polevanov xatırladır ki, hələ 1300-cü ildə Qolfstrimdə belə buzlaşma baş vermişdi və insanlar bir əsr yarım dəhşətli soyuqlardan əziyyət çəkmişdilər: "İndi isə tarix təkrarlanır. Amma bunun nə qədər davam edəcəyi və ya əbədi olub-olmayacağını isə demək mümkün deyil".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 22609   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel