Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi

Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"a transfer olunub.

Bosniya və Herseqovinalı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu komandada 23 nömrəli formanı geyinəcək.

"Şiroki Briyeq" klubunun yetirməsi olan Martin Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. O, 2021-ci ildə "Riyeka"ya transfer olunub.

Bosniya və Herseqovinanın U-19 və U-21 millilərində çıxış etmiş qapıçı 2024-cü ildən əsas yığmanın da formasını geyinir. Milli komandada üç oyun keçirən Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada təşkil olunan dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alır.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa da Ağdam klubuna qoşulublar.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 121   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Joze Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir

İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində Qonsalo Qarsiyanın satılmasına qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Mütəxəssis 22 yaşlı futbolçunu 2026/2027 mövsümündə heyətdə görmək istəyir. Xatırlada

20 iyun
.

Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq. "Report" Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir. L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulia

6 iyun
.

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev üçün "Qarabağ" klubuna rəsmi təklif gəlməyib. Bu barədə "Report"a 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov məlumat verib. O, oyunçunun gələcək karyerası ilə bağlı məsələyə münasibət bildirib:. "Elvin Cəfərquliyevl

12 iyun
.

DÇ-2026-nın açılış oyununu o idarə edəcək

DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasın

9 iyun
.

DÇ-2026: ABŞ - Paraqvay oyununda 5 qol

Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib. Qaynarinfo xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər. Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8

13 iyun
.

Paraqvaya məğlub olan Türkiyə millisinin gənc ulduzu Arda Güler sükutu pozdu

Türkiyə milli komandasının gənc ulduzu Arda Güler Paraqvay yığmasına acı məğlubiyyətdən sonra azarkeşlərə müraciət edərək onlardan üzr istəyib. -ın məlumatına görə, istedadlı yarımmüdafiəçi matç bitdikdən sonra verdiyi müsahibədə komandanın nümayiş etdirdiyi oyundan məyus olduğunu bildirib. "Utanırıq

20 iyun
.

Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?

"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir". Bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfəro

14 iyun
.

Meydanda 2-ci dəfə ürəyi dayanan - Eriksenin son durumu

Danimarka milli komandasının həkimi Morten Boesen ötən gün Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, o, futbolçunun durumunun yaxşı olduğunu bildirib. "Bu səhər Kristianl

8 iyun
.

Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"

21 iyun