Sarkisyan QORXUDA - Ölkə qaynayır: İrəvan... - VİDEO

Sarkisyan QORXUDA - Ölkə qaynayır: İrəvan... - VİDEOBu saatlarda Ermənistan paytaxtında növbəti etiraz aksiyasına start verilib.

İrəvanın Azadlıq meydanına toplaşan nümayişçilər oturaq aksiyaya başlamağı qərarlaşdırıb. Fəallar ötən ilin yayında silahlı qiyam qaldırmış "Sasna Çer" silahlı dəstəsinin "çörəkdaşıyan"ı Artur Sərkisyanın xatirəsinə ehtiram əlaməti olaraq bu addımı atıblar. Mitinq iştirakçıları tələb edir ki, A.Sərkisyan Qarabağ müharibəsində öldürülənlərin dəfn olunduğu "Yeablur" hərbi məzarlığında dəfn edilsin. Bu gün həmin tələblə aksiyaçılar İrəvan küçələrində yürüş ediblər.

Azadlıq meydanında bəyan olunub ki, eyni tələblə daha bir aksiya sabah saat 18.00-da mərkəzi meydanda keçiriləcək.

Ermənistan vaxtı ilə saat 20 radələrində polislə qarşıdurma yaranıb. Aksiya iştirakçıları polis kartonunu yarıb irəliləməyə nail olub. Nəticədə Tiqran Meçe prospektində hərəkət dayanıb. Bundan bir neçə saat əvvəl isə Ermənistanın baş nazirinin köməkçisi Ayk Zoqrabyan aksiyaçılarla görüşə gəlib. Aksiya fəallarından Şaqen Arutyunyan A.Sərkisyanın hərbi məzarlıqda dəfn olunması barədə tələbi çatdırıb. Baş nazirin köməkçisi bu tələbi baş nazirə çatdıracağına söz verib. Erməni mətbuatı xəbər verir ki, Hökumət Evinin ətrafına əlavə polis və xüsusi təyinatlı qüvvələr gətirilib.

Qeyd edək ki, martın 16-da aclıq aksiyası nəticəsində ölən A.Sərkisyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Bundan əvvəl başqa tələblər irəli sürən aksiyaçılar indi "çörəkdaşıyan"ın hərbçilər məzarlığında dəfnini tələb edir. Proseslərin hansısa mahir ssenaristlər tərəfindən körükləndiyini demək mümkündür. Artıq müxalifət də bu proseslərə reaksiya verməyə başlayıb. Bu gün parlament seçkilərində əsas rəqiblərdən sayılan sabiq xarici işlər naziri Vardan Oskanyan da görünüb və olaya münasibət bildirib.

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2228   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel