"Qarabağ"ın hücumçusu "Seltik"də?
Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Klubun maraq dairəsinə düşən futbolçulardan biri də "Qarabağ"da çıxış edən kolumbiyalı hücumçu Kamilo Durandır.
Qaynarinfo bu barədə Şotlandiya mediasına istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, "Seltik" kolumbiyalı forvardla ciddi maraqlanır. Son illər hücumçu transferlərində istədiyi nəticəni ala bilməyən şotlandlar bu dəfə Duranın komandanın hücum potensialını artıracağına inanır. Bir müddət əvvəl Kamilonu hədəfə alan şotlandlar daha sonra geri çəkilsə də, indi yenidən fəallaşıb.
Kolumbiyanın Santa Marta şəhərində anadan olan Duran gənc yaşlarında Braziliyanın "Flamenqo" klubunun akademiyasında çıxış edib. Lakin o, əsas komandanın heyətində debüt edə bilməyib.
Daha sonra futbolçu Portuqaliyanın "Luzitaniya", "Eştrela da Amadora" və "Portimonense" klublarında forma geyinib. O, ötən ilin yayında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub.
178 santimetr boya malik olan futbolçu sol ayaqlıdır. O, həm mərkəz hücumçusu, həm də hücumun hər iki cinahında çıxış edə bilir.
Duran ötən mövsüm Azərbaycan Premyer Liqasında 30 oyuna çıxıb və bunların 20-sinə start heyətində başlayıb. Bu müddətdə 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
Duran ən çox diqqəti UEFA Çempionlar Liqasındakı çıxışı ilə cəlb edib. O, turnirdə debüt matçında "Benfika" ilə qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə turnir ərzində hesabına 5 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 835 Tarix: 03 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları
Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə
29 avqustAzərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi bəlli olub. -ın məlumatına görə, yığma A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək. Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayn
26 avqustBakıda yeni tribuna quraşdırıldı
"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqil
1 sentyabrAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqustNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabrSona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu barədə -a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib. BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşa
31 avqust"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişdirilir
Bu axşam saat 20:00-da "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə -a "Bakı Metropoliteni" QSC-də
27 avqust