Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıbRusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 baş nadir Orta Asiya tısbağasının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dəyəri üç milyon rubldan (66.3 min manatdan çox) artıq olan tısbağaları Tacikistandan qanunsuz yolla ölkəyə gətirməyə çalışan Rusiya vətəndaşı saxlanılıb. Gömrük əməkdaşları həmin şəxsi "yaşıl dəhliz"dən keçərkən içərisində canlı heyvanlar olan iki qutu ilə aşkar ediblər. Saxlanılan şəxs tısbağaları internet mağazaları vasitəsilə satmağı planlaşdırdığını və bunun sınaq partiyası olduğunu bildirib.

Qurumdan verilən məlumata görə, həmin şəxsin sürünənlərlə bağlı heç bir icazə sənədi olmayıb. Müsadirə edilən tısbağalar sonradan Moskva Zooparkının nadir heyvan növlərinin mühafizəsi mərkəzinə təhvil verilib.

Qeyd edək ki, Orta Asiya çöl tısbağası Nəsli kəsilmək təhlükəsi altında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES) ilə mühafizə olunur.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 470   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb

Avropa İttifaqı (Aİ) üçün qarşılıqlı müdafiə könüllü məsələ deyil, kollektiv öhdəlikdir. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib. "2025-ci ildə Avropada müdafiə xərcləri Ukraynadakı müharibədən əvvəlki səviyy

15 fevral
.

Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu

Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğ

17 oktyabr
.

Xaricə səfərdən əvvəl bu 4 məqama diqqət edin - Ekspertdən TÖVSİYƏ

Fransada keçirilən etiraz aksiyaları fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə səfərlə bağlı xəbərdarlıq və tövsiyələri turistlərin səyahət planlarına yenidən baxmasına səbəb ola bilər. Təhlükəsizliklə bağlı narahatlıqlar bəzi şəxslərin səfərlərini təxirə salmasına, alternativ istiqamətlə

21 oktyabr
.

Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib

Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib. "Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib. "FİDES və Xristian-Demokra

26 aprel
.

İran rəsmisi: Raket çatışmazlığımız yoxdur, bu, sadəcə taktika dəyişikliyidir

İranın İsrailə zərbə endirmək üçün raket çatışmazlığı yoxdur. "Report" xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi CNN-ə bildirib. Mənbə qeyd edib ki, İran İsrailə raket atılması strategiyasını dəyişərək, zərbələrin sayını deyil, keyfiyyətini əsas götürür. İndi çoxsaylı raket buraxılışlar

21 iyun 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Hakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"

"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm

11 may 2025
.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

30 may
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

3 oktyabr