Diqqət: Ayıq sürücülər sizi necə tələyə salırlar?

Diqqət: Ayıq sürücülər sizi necə tələyə salırlar?Bakıda ayıq sürücü xidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb.

Bakı şəhər sakini Elçin Şirinov moderator.az-a bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün ayıq sürücü xidmətindən istifadə edib: "Həmin gün spirtli içki qəbul etdiyim üçün ayıq sürücü xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücünü yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, ayıq sürücü xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: "Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu, qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa, barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək".

Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu, avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2510   Tarix: 19 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27 aprel
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28 aprel
.

Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfində

28 aprel
.

AYNA məhkəməyə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi məhkəməyə verilib. -ın xəbərinə görə, qurumlarla bağlı Bakı İnzibati Məhkəməsinə müraciəti "R group Azerbaijan" şirkəti edib. Mahiyyət

29 aprel
.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. axşam.az-a istinadən xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

29 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

"Səs Avropa Eşitmə Mərkəzi" məhkəməyə verildi

"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Billur elm istehsalat" şirkəti edib. Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır

29 aprel
.

Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB

Ölkədə evsiz insanların sayı kifayət qədərdir. Bu da önemli bir faktdır ki, bir qrup imkanlı şəxslər davamlı olaraq çox sayda daşınmaz əmlak alırlar. Qeyd edək ki, son vaxtlar bir sıra vəzifə səlahiyyətindən sui-istifadə edən şəxslər öz cinayət əməllərinə görə vəzifədən uzaqlaşdırılaraq, əmlakları d

29 aprel
.

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə "EFES - 2024" çoxmillətli təlim keçirilir. Bu barədə -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışl

27 aprel