DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi
DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib.
Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb.
Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0.
Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub.
Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1.
İkinci hissədə İngiltərə 1 nəfər azlıqda qalıb. 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna baxmayaraq britaniyalılar hesab arasındakı fərqi artırmağı bacarıb. 60-cı dəqiqədə Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
69-cu dəqiqədə görüşün baş hakimi Əlirza Fəqani bu dəfə İngiltərənin qapısına penalti təyin edib. Topun arxasına keçən Raul Ximenez dəqiq oynayaraq hesabı 2:3 edib.
Matç bu hesabla başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib.
İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
6 iyul
04:00. Meksika - İngiltərə 2:3
Qol: C. Bellinqem, 36, 38, Kinyones, 42, H. Keyn, 60, R. Ximenez, 69
Qırmızı vərəqə: Kuansa, 54
Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenez, Kinyones
İngiltərə: Pikford, O'Rayli, Guehi, Konsa, Kuansa, Rays, Anderson, Qordon, Bellinqem, Saka, Keyn
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 416 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrMourinyo ayın ən yaxşı məşqçisi seçildi
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi seçilib. TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın rəsmi açıqlamasında bildirilib. "Real Madrid" oktyabr ayında ölkə çempionatında keçirdiyi hər üç matçda qələbə qazanıb
9 noyabr"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib
"Formula 1" üzrə dünya çempionu olmuş Alan Cons vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Amanda məlumat verib. O, noyabrın 5-nə keçən gecə, 80 yaşında ölüb. Sabiq pilot xərçəng xəstəliyindən vəfat edib. Xatırladaq ki, Alan Cons 1980-ci ildə "Formul
5 noyabrDuranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqdan sonr
7 noyabrAzərbaycan Premyer Liqasında XIII turun oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. "Neftçi" - "Zirə" oyunu noyabrın 27-də, "Turan Tovuz" - "Kəpəz" matçı noyabrın 28-də keçiriləcək. Misli Premyer Liqası. II dövrə
13 noyabrBellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
İngiltərə millisinin və "Real"ın (İspaniya) futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasında İker Kasilyasın rekordunu qırıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi buna Liqa mərhələsinin IV turunda AEK-lə (Yunanıstan) oyunda iştirak etməklə nai
5 noyabrUkrayna Məsut Özili ittiham etdi
Ukrayna "Real" klubunun və Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsut Özili "Ukraynaya qarşı təcavüz aktlarında iştirak etməkdə" ittiham edib. xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, buna səbəb futbolçunun son açıqlaması olub. Bel
9 noyabrToraldan atmacalı açıqlama - Video
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"
13 noyabr