Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - VİDEO
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayım zamanı bloqer Arzumun həbsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, Tolik bildirib ki, Arzumun vəkilləri əvvəldən ona təxminən 5 il azadlıqdan məhrumetmə cəzası verilə biləcəyini demişdilər. Onun sözlərinə görə, hadisənin gedişində bəzi addımlar atılmasaydı, vəziyyət fərqli ola bilərdi.
Aparıcı hesab edir ki, mərhumun atası tərəfindən verilən açıqlamanın yayılması düzgün olmayıb. O əlavə edib ki, hazırda sosial şəbəkələrdə mərhumun məzarı ilə bağlı paylaşımlar edilməsi və insanların söyüş yazmağa təşviq olunması heç kimə fayda vermir.
Tarix Əliyev bildirib ki, qarşı tərəf razılıq verəcəyi təqdirdə, Arzumun valideynlərinin barışıq üçün addım atması hüquqi prosesə təsir göstərə və onun azadlığa çıxmasına şərait yarada bilər.
Tolik, həmçinin Arzumun anasını sosial şəbəkədə "blok"ladığını da etiraf edib:
"Arzumun vəkilləri demişdilər ki, özünə 5 il iş verəcəklər. Gərək atasında o açıqlamanı almazdılar, onu yayımlamazdılar. Bu gün TikTok-da o oğlanın qəbrini qoyub söydürmək lazım deyil. Arzumun anası, atası gedib bağışlanma istəsələr, qarşı tərəf razı olsa belə, Arzum 50 gün sonra həbsdən çıxa bilər. Mən Arzumun anasını "blok"lamışam. Mənə yayımları atırdı ki, Arzuma görə məni söyürdülər. O da canlı yayımını mənə atırdı ki, girim qoşulum. Məni bada verirdi. İnsanın ölüsünü söymək olmaz. Bununla Arzuma daha da pislik edirlər".
Aparıcı sonda vurğulayıb ki, vəfat etmiş insanın ünvanına təhqirlər səsləndirmək doğru deyil və belə davranışlar vəziyyəti daha da gərginləşdirərək Arzumun işinə yalnız mənfi təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd
10 sentyabr 2021Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd
2 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021Əməkdar artist AzTV-də aparıcılıq edir
Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı
4 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə
17 sentyabr 2021"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO
Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ
17 sentyabr 2021