DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşən təcrübəli qapıçı Vozinya transfer bazarının ən çox müzakirə olunan futbolçularından birinə çevrilib.
"Qafqazinfo" xəbər verir ki, hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperə yeddi klubun maraq göstərdiyi bildirilir.
Turnirin ən böyük sürprizlərindən birinə imza atan Vozinya xüsusilə İspaniyaya qarşı oyunda etdiyi vacib seyvlərlə futbolsevərlərin rəğbətini qazanıb.
Onun uğuru sosial şəbəkələrdə də əks-səda doğurub. Kabo-Verde millisinin qapıçısının instaqram hesabındakı izləyicilərinin sayı qısa müddətdə 28 milyonu ötərək, Mayk Menyan, Cordan Pikford və Emiliano Martines kimi tanınmış qapıçıları geridə qoyub.
Son mövsümü Portuqaliyanın ikinci liqa təmsilçisi "Çaves"də keçirən Vozinyanın müqaviləsi iyunda başa çatıb. Təcrübəli qolkiperin DÇ-dəki çıxışı isə onun karyerasına yeni nəfəs verib.
İspaniyanın "Marca" nəşrinin məlumatına görə, ABŞ təmsilçisi "İnter Mayami" transfer yarışında ön sıralardadır. Klub rəhbərliyinin həm Vozinyanın təcrübəsindən yararlanmaq, həm də onun artan populyarlığını marketinq baxımından dəyərləndirmək istədiyi bildirilir. Transfer baş tutacağı təqdirdə, qapıçı Lionel Messi və Luis Suares kimi ulduzlarla eyni komandada çıxış edəcək.
Vozinyaya maraq yalnız ABŞ ilə məhdudlaşmır. Braziliyadan "Atletiko Qoyanense", "Seara" və "Avai", Meksikadan "Kruz Azul", Argentinadan "Deportivo Riestra", Paraqvaydan isə "Olimpiya"nın qapıçını yaxından izlədiyi qeyd olunur.
DÇ-dən əvvəl geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Vozinya turnirdəki uğurlu çıxışı sayəsində qısa müddətdə transfer bazarının ən çox tələb olunan oyunçularından birinə çevrilib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 460 Tarix: 14 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10 oktyabr"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı
15 oktyabrBakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabr