Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar

Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialarİstanbul Baş Prokurorluğu məşhur müğənni Haluk Leventin qurucusu olduğu "Ahbap" dərnəyi ilə bağlı istintaqa başlayıb. İstintaq çərçivəsində aparılan əməliyyat zamanı dərnəyin rəhbəri olan Haluk Levent də daxil olmaqla 18 nəfər şübhəli şəxs qismində saxlanılıb. Haluk Leventin dərnəyin adından və ianə vədlərindən istifadə edərək, zərərçəkmişlərdən daşınmaz əmlak əldə etdiyi, lakin köməkçisi Yeliz Kayaya ötürülən bu əmlakların sonradan müxtəlif şübhəlilərin adına qeydiyyata alındığı iddia edilir. Nəticədə bu çərçivədə 60 milyon dollar zərər dəydiyi iddiası irəli sürülür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Hürriyet" nəşrinin dərc etdiyi materialda bəhs edilir.

Məlumata görə, "Ahbap"ın İdarə Heyətinin sədri Haluk Levent barəsində "Dərnəklər qanununun pozulması", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması" və "Təşkilata üzvlük" ittihamları üzrə saxlanılma qərarı verilib.

İstanbul Baş Prokurorluğu "Ahbap" dərnəyi adından bəzi şübhəlilərin hesablarına yüksək məbləğdə pul köçürmələrinin edildiyi iddiaları əsasında araşdırmaya başlayıb. Prokurorluq zəlzələ ianələrinin ölkə xaricinə köçürüldüyü və nəzərdə tutulduğu məqsədlər üçün istifadə edilmədiyi ilə bağlı artan iddialardan sonra araşdırmanı dərinləşdirib.

İstintaq çərçivəsində Haluk Leventin çox sayda şübhəlilərin hesablarından istifadə etdiyi və bu hesablardan birinin də öz köməkçisi Yeliz Kayanın adına qeydiyyatdan keçirildiyi məlum olub. Haluk Leventin yararlandığı və əslində Yeliz Kayaya aid olan bu hesablara təxminən 120 milyon türk lirəsinin köçürüldüyü irəli sürülüb.

Həmçinin iddialara görə, Haluk Leventin istifadə etdiyi və dərnəyin təsisçilərindən biri olan şübhəli Alper Çeliyə məxsus hesablardan 2020-2026-cı illərdə 990 milyon türk lirəsi məbləğində qanuni mərc oyunları oynanılıb və təxminən 390 milyon lirə pul itirilib. Şəxsi bank hesablarından yararlana bilməyən və kommersiya əməliyyatlarında istifadə etdiyi çeklərin qarşılıqsız olduğu iddia olunan Haluk Leventin bu miqyasda mərc oyunu oynaması şübhələri artırıb. Ölkə xaricinə çıxması qadağan edilən Leventin qaçmağa hazırlaşdığına dair iddialardan sonra əməliyyat prosesi başlanıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda rəqəmsal materiallar, nağd pul, qızıl, çeklər, veksellər (müəyyən borc öhdəliklərini əks etdirən orderli qiymətli kağızlar) və müxtəlif sənədlər aşkar edilib. İstintaq davam edir.

Həmçinin "CNN Türk"ün xəbər koordinatoru Nihat Uludağ canlı yayımda bununla bağlı bəzi məqamları paylaşıb.

Onun sözlərinə görə, "Ahbap" dərnəyi zəlzələ zonasında evlər tikəcəyinə söz verib, lakin onların bəziləri tikilsə də, bir çoxu inşa olunmayıb.

"Görəsən, nə qədər hissəsi tikilib, nə qədəri yox? Nə qədər xərclənib və pulun nə qədər hissəsi yardım adı altında üçüncü şəxslərin hesablarına köçürülüb? Bu, ciddi iddiadır. Dərnək işçiləri bu pulları hansı məqsədlə köçürdükləri, vəsaitin mənbəyinin nə olduğu və niyə belə bir əməliyyat aparıldığı ilə bağlı prokurorluğa hesabat verməli olacaqlar. Haluk Leventin köməkçisi Yeliz Kaya hazırda həbsdədir. Bildiyimiz qədəri ilə o, başqa bir cinayətə görə həbsdədir, amma bu işdə də adı keçir", - deyə Nihat Uludağ bildirib.

O, həmçinin bəzi yazışmaları da paylaşıb.

"Uşağını itirən iş adamına deyirlər ki, təhsil ala bilməyən bilməyən qızlar üçün yataqxana tikəcəyik və onun əmlaklarını, binalarını alırlar. Köməkçisinə deyir ki, mənə ağlayaraq mesaj göndər, Uğura dinlədəcəyəm. Zəng etsələr, Feyyazgilə de ki, mən ABŞ-yə getmişəm. Üstəlik də mədə xərçəngi olduğunu yazdım Feyyazgilə. Soruşsalar, elədir de. Yəni bu mesajlardan tamamilə duyğulardan istifadə etmək, istismar etmək və manipulyasiya etmək kimi məqsədlər aydın şəkildə başa düşülür", - deyə Nihat Uludağ əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 576   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB

Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya

24 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

4 oktyabr
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16 oktyabr