"Sabah"ın 103 yaşlı rəqibi: Son 9 ilin daimi mükafatçısı

"Sabah"ın 103 yaşlı rəqibi: Son 9 ilin daimi mükafatçısıUEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olacaq Finlandiyanın KuPS klubu ölkəsinin ən köklü və uğurlu futbol kollektivlərindən biri hesab olunur. Kuopio şəhərini təmsil edən komanda 100 ildən artıq tarixə malikdir və son illərdə həm daxili yarışlarda, həm də avrokuboklarda əldə etdiyi nəticələrlə diqqət çəkir.

Finlandiya futbolunun aparıcı simalarından sayılan KuPS bu gün ölkə çempionatının ən iddialı komandalarından biri kimi tanınır. "Kuopion Palloseura" daha çox KuPS adı ilə tanınan, Kuopio şəhərini təmsil edən peşəkar futbol klubudur. Komanda Finlandiya futbolunun ən yüksək liqası olan Veikkausliqada çıxış edir və ev oyunlarını Kuopio Futbol Stadionunda keçirir.

KuPS indiyədək 8 dəfə Finlandiya çempionu olub, 5 dəfə Finlandiya Kubokunu, 1 dəfə isə Liqa Kubokunu qazanıb. Klub Finlandiya yüksək liqasının bütün dövrlər üzrə ən uğurlu komandaları siyahısında dördüncü pillədə qərarlaşıb.

Klub rəsmi olaraq 16 mart 1923-cü ildə Kuopion Seurahuone binasında təsis edilib. Komanda əvvəlcə Kuopion Palloseura ("Kuopio Top Klubu") adlandırılıb və KPS abreviaturasından istifadə edib. Sonradan bu qısaltma KuPS olaraq dəyişdirilib.

1920-ci illərin böyük hissəsində KuPS əsasən digər yerli klublarla yoldaşlıq oyunları keçirib. 1930-cu illərdə və 1940-cı illərin əvvəllərində isə komanda Finlandiya futbolunun ikinci ən yüksək liqasında mübarizə aparıb. KuPS ilk dəfə 1947-ci ildə ölkənin yüksək liqası olan Mestaruussarjaya yüksəlsə də, debüt mövsümünün sonunda yenidən aşağı dəstəyə düşüb. Klub 1949-cu ildə yenidən elitaya qayıdıb və bu dəfə ardıcıl 44 mövsüm elitada çıxış edib.

KuPS-un ilk illərində komanda qara və yaşıl şaquli zolaqlı formalar, ağ şort və qara corablarla meydana çıxırdı. 1935-ci ildə forma rəngləri sarı köynək, qara şort və sarı-qara corablarla əvəz olundu. Həmin vaxt klubun abreviaturası da KPS-dən KuPS-a dəyişdirildi.
"Sabah"ın 103 yaşlı rəqibi: Son 9 ilin daimi mükafatçısıKuPS-un ən uğurlu dövrü 1950-1970-ci illərə təsadüf edib. Həmin illərdə klub 5 dəfə ölkə çempionu olub, 8 dəfə ikinci, 1 dəfə isə üçüncü yeri tutub. Bundan başqa, KuPS ilk Finlandiya Kubokunu 1968-ci ildə qazanıb.

1980-ci illərdə komanda yüksək liqada çıxışını davam etdirsə də, ciddi uğurlar əldə edə bilməyib. Bununla belə, onilliyin sonunda - 1989-cu ildə klub tarixinin ikinci Finlandiya Kubokunu qazanmağa nail olub.

1990-cı illərdə KuPS maliyyə problemləri ilə üzləşib və tarixində ilk dəfə üçüncü liqaya qədər geriləyib. 2000-ci illərin əvvəllərində komanda həm Birinci Divizionda, həm də Veikkausliqada çıxış edib. Bu komanda 2008-ci ildən etibarən fasiləsiz olaraq Finlandiya futbolunun ən yüksək liqasında mübarizə aparır.

KuPS 2017-ci ildən bəri çempionatı heç vaxt üçüncü pillədən aşağıda başa vurmayıb. Komanda baş məşqçi Yani Honkavaaranın rəhbərliyi altında 2019-cu ildə altıncı çempionluğunu qazanıb. 2021 və 2022-ci illərdə isə Finlandiya Kubokunu üçüncü və dördüncü dəfə başı üzərinə qaldırıb.

2024-cü ildə KuPS tarixində ilk dəfə "qızıl dubl"a imza ataraq həm Finlandiya çempionu, həm də ölkə kubokunun qalibi olub. Həmin uğur yenə Yani Honkavaaranın rəhbərliyi və komandanın kapitanı Petteri Pennanenin liderliyi ilə əldə edilib.

2025-ci il mövsümündə KuPS Finlandiya çempionatında səkkizinci çempionluğunu qazanıb, ölkə kubokunda isə finalçı olub. Klub eyni zamanda tarixində ilk dəfə UEFA Konfrans Liqasının 2025/26 mövsümünün liqa mərhələsinə vəsiqə qazanıb. Bir qələbə və dörd heç-heçə sayəsində pley-off mərhələsinə yüksələn KuPS bununla da Avropa kuboklarının liqa mərhələsindən pley-offa adlayan ilk Finlandiya klubu kimi tarixə düşüb. Orada isə bu komandanı Polşanın "Lex" komandası saxlayıb. Poznan təmsilçisi hər iki oyunda qalib gəlib - 2:0, 1:0.

"Sabah"ın 103 yaşlı rəqibi: Son 9 ilin daimi mükafatçısıBeləliklə, "Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsində həm zəngin tarixə, həm də son illərdə sabit çıxışı ilə seçilən rəqiblə üz-üzə gələcək. Finlandiya futbolunun flaqmanlarından sayılan KuPS-un uğurlu ənənələri və son mövsümlərdə qazandığı nəticələr bu qarşılaşmanın kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir.

Mənbə: Futbolinfo.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 401   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c

10 oktyabr
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr