Haluk Levent həbs edildi - VİDEO
Türkiyəli müğənni Haluk Levent barəsində həbs qərarı çıxarılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində ifadələri alınan 25 şübhəlidən 19-u həbs, 6-sı isə məhkəmə nəzarəti tələbi ilə hakim qarşısına çıxarılıb.
Növbətçi məhkəmənin qərarı ilə Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edilib.
Prokurorluğun təqdim etdiyi sənəddə Haluk Leventin "cinayət törətmək məqsədilə təşkilat yaratma", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması", "xidməti vəzifədən sui-istifadə", "əmlakın qanuni yolla əldə edildiyi görüntüsünü yaratmaq" və "sərbəst peşə sahibləri tərəfindən dələduzluq" maddələri ilə ittiham olunduğu bildirilib.
İstintaq materiallarında qeyd olunub ki, Haluk Leventin təsis etdiyi Ahbap Dərnəyi xüsusilə 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra milyardlarla lirə ianə toplayıb. Lakin həmin vəsaitlərin idarə olunması və xərclənməsi ilə bağlı ciddi şübhələr yaranıb.
Prokurorluq dərnəyə daxil olan ianələrin şəffaf və yoxlanıla bilən şəkildə idarə olunmadığına dair əsaslı şübhələrin olduğunu, bu iddiaların isə Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatı ilə dəstəkləndiyini bildirib.
Bundan başqa, istintaq çərçivəsində Ahbap Dərnəyinin bəzi əmlaklarının satıldığı, maliyyə əməliyyatları və ianələrin istifadəsi ilə bağlı araşdırmaların davam etdiyi vurğulanıb.
Haluk Levent polisə ifadəsində aylıq gəlirini "naməlum" kimi göstərib. O, həmçinin üzərinə qeydiyyatda olan daşınmaz əmlakı, avtomobili və ya digər mal varlığının olmadığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə
17 sentyabr 2021"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı
Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə
8 sentyabr 2021Xalq artistinə AĞIR İTKİ
Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c
8 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?
"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he
7 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"
Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"
11 sentyabr 2021