DÇ-2026-nın finalöncəsi "sehrli foto"

DÇ-2026-nın finalöncəsi "sehrli foto"İspaniya və Argentina yığmalarının qarşılaşacağı 2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində Kataloniyanın "Barselona" klubunun mətbuat xidməti maraqlı bir tarixi faktı yenidən gündəmə gətirib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamalı vannada çimdirdiyi məşhur anı xatırladıb.

Kataloniyalıların mətbuat xidməti Messi və balaca Yamalın yer aldığı sözügedən şəkli paylaşıb və onu "sehrli foto" adlandırıb.
DÇ-2026-nın finalöncəsi "sehrli foto"DÇ-2026-nın finalöncəsi "sehrli foto"DÇ-2026-nın finalöncəsi "sehrli foto"DÇ-2026-nın finalöncəsi "sehrli foto"Tarixə nəzər salsaq görərik ki, 2007-ci ildə İspaniyanın "Diario Sport" nəşri "Barselona"nın ovaxtkı sponsoru UNICEF ilə birlikdə Kataloniya klubunun azarkeşləri üçün xüsusi bir uduşlu kampaniya təşkil etmişdi. Şərtlərə görə, qalib gələn ailənin övladı "Barselona" ulduzları ilə birlikdə təqvim üçün çəkilməli idi.

Həmin uduş Afrika ölkələrindən gəlmiş iki mühacirin və onların altıaylıq oğlu Lamin Yamalın yaşadığı ərazidə keçirilirdi. Tale elə gətirdi ki, qalib məhz bu ailə oldu. Nəticədə ailə "Kamp Nou" stadionuna gəlmək şansı qazandı və orada onları o zaman futbolun parlayan ulduzu olan Lionel Messi ilə unudulmaz bir fotosessiya gözləyirdi.

Təxminən iyirmi il sonra bu iki ulduz futbolçunun qarşıdurması DÇ-2026-nın final matçının əsl bəzəyinə çevriləcək. Bu həlledici görüşü təkcə dünya futbol ictimaiyyəti deyil, Yamalın özü də böyük səbirsizliklə gözləyir.

"Mən bir az böyümüşəm, Leo da, həmçinin. Ümid edirəm ki, onunla finalda qarşılaşa biləcəyəm, xüsusən də Finalissimanın (Cənubi Amerika və Avropanın ən yaxşı yığmalarının matçı) baş tutmadığını nəzərə alsaq", - deyə Yamal bildirib.

Xatırladaq ki, ispanlar DÇ-2026-nın 1/2 final mərhələsində Fransa yığması üzərində inamlı qələbə (2:0) qazanaraq finala vəsiqə əldə ediblər. Pley-off mərhələsi boyunca Luis de la Fuentenin rəhbərlik etdiyi komanda Belçika (2:1), Portuqaliya (1:0) və Avstriya (3:0) seçmələrinə də qalib gəlməyi bacarıb.

İspaniya - Argentina qarşılaşması iyulun 19-da, bazar günü "MetLayf" stadionunda baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1473   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr
.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

"Feyenoord" avrokuboklarda səfər məğlubiyyətləri üzrə antirekordunu yeniləyib

Niderlandın "Feyenoord" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda İspaniyada "Betis"ə 0:1 hesabı ilə uduzaraq avrokuboklarda ardıcıl 8-ci səfər məğlubiyyətini alıb. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rotterdam klubu bu nəticə ilə 2008-2014-cü illərdək

22 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr