Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.
İyunun 25-dən açılan ekspozisiyada ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam CHINGIZ-in müasir bədii axtarışlarını əks etdirən işləri, multidisiplinar rəssam Mədinə Qasımovanın material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığı təqdim olunub.
Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır.
Azərbaycanın ən mühüm bədii irs nümunələrindən olan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin mədəni irs haqqında dolğun və yaddaqalan təəssürat yaradır.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstan Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iyulun 26-dək davam edəcək.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident
29 avqust 2021Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i
30 iyun 2021Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək
27 iyun 2021Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17 sentyabr 2021Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:
21 iyun 2021Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO
Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr
12 sentyabr 2021