ABŞ argentinalı futbolçuların siyasi pankart qaldırmasına münasibətini açıqladı
Rəsmi Vaşinqton dünya çempionatı (DÇ-2026) oyunlarında argentinalı futbolçuların Folklend adaları ilə əlaqədar etirazlarını bildirmək hüququnu müdafiə edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalının əməkdaşı Rob Harris məlumat verib.
Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun rəhbəri Endryu Culiani Rob Harrisə bildirib ki, burada əsas məsələ ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi özünüifadə azadlığıdır.
DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün yekun fitindən sonra Argentina millisinin oyunçuları yaşıl meydanda ispan dilindən tərcümədə "Malvin adaları Argentinaya məxsusdur" mənasını verən "Las Malvinas son Argentinas" yazılı pankart qaldırıblar.
İngiltərə yığması ilə yarımfinal qarşılaşmasından əvvəl Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel sosial media hesablarında bu matçın "işğalçıların qarşısını almaq üçün fürsət" olduğunu qeyd edib.
FIFA açılan siyasi pankarta görə Argentina komandasını DÇ-2026-nın sonuna qədər cəzalandırmamaq qərarına gəlib. Buna baxmayaraq, qurum argentinalı futbolçuların bu addımı ilə əlaqədar araşdırmalara başlayacağını vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 382 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
Azərbaycan Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Avqustun 13-də startı veriləcək yarış 9 gün davam edəcək. Məşqçilər korpusu U-19 Avropa çempionatınd
10 avqust"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel
"Qarabağ" FK-nın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində komandasının hədəflərinin böyük olduğunu və onlara inandığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Qarabağ"ın sosia
11 avqustRonaldo evlənəcəyini anasına toydan 30 saniyə əvvəl deyib
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin gizli şəkildə evlənib. xarici mediaya istinadən xəbər verir ki, Ronaldo və Corcina avqustun 11-də Lissabon yaxınlığındakı Quinta da Marina ərazisində yerləşən, dəyəri təxminən 30 milyon funt sterlinq olan malikanələrind
16 avqust"Çelsi" Enzo Fernandes üçün vaxt verdi
Londonun "Çelsi" futbol klubu ulduz yarımmüdafiəçisi Enzo Fernandesin transferi üzrə danışıqlara yekun vurmaq üçün son müddəti cümə gününün axşamına qədər müəyyənləşdirib. xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında paylaşıb
13 avqustAzərbaycan Premyer Liqasında 2026/27 mövsümünün təqvimi açıqlandı
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Bu barədə -a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən bildirilib. Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun rəsmi müraciətini, "Kəpəz" klubunun rəsmi razılıq məktubun
10 avqust"Qarabağ" "Şamaxı"ya qarşı
Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 1-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, son gündə bir oyun baş tutacaq. "Qarabağ" "Şamaxı" ilə qarşılaşacaq. Mərkəzi arenada keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. Xatırladaq ki, ilk turun əvvəlk
17 avqust