Futbola görə metronun iş rejimi 2 günlük dəyişdirilir
"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
Qaynarinfo xəbər verir ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən "Xalqlar dostluğu" stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
İyulun 23-də isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı "Gənclik", o cümlədən "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.
Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.
Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.
Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 430 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabr"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi - Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçular 2026/202
1 sentyabrDani Bolt "Qarabağ"dan getdi - Rəsmi
"Qarabağ" futbolçusu Dani Boltla yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi bu barədə məlumat yayıb. 2025-ci ilin yayında "Qarabağ"a transfer olunan braziliyalı müdafiəçi komandanın heyətində 43 oyun keçirib və 1 qol vurub. "Qarabağ" futbolçuy
31 avqustAzərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə
1 sentyabrNikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy
30 avqust"Şəfa-2" komandasına texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Şəfa-2" komandasına texniki məğlubiyyət verib. xəbər verir ki, buna I turun "Zirə-2" ilə matçında yaşanan hal səbəb olub. Qarşılaşmanın 73-cü dəqiqəsində "Şəfa-2" komandasının heyətində adı protokolda olmayan futbolç
26 avqust