Azərbaycanla Pakistan arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir

Azərbaycanla Pakistan arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir"Pakistanla Azərbaycan arasında mükəmməl ikitərəfli əlaqələr var".

Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

O bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: "Bu illər ərzində 3 Pakistan prezidenti, 2 baş naziri Azərbaycana, o cümlədən Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev Pakistana səfər edib. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Buraya ticarət, iqtisadi əlaqələri, hərbi əməkdaşlıq, elm və texnologiya daxildir. Əlaqələrimiz sürətlə inkişaf edir. Ən əsası hər iki ölkə rəhbərliyi anlayır ki, iki ölkənin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən yararlanmaq və əməkdaşlıq etmək üçün böyük potensial var. Mənim əsas məqsədim bu əlaqələri dərinləşdirməkdir və iki ölkənin insanlarını bir araya gətirməkdir".

Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var: "İki ölkə arasında bu istiqamətdə xoş məram mövcuddur. Bir sıra razılaşmaların imzalanması gözlənilir. Onların bəzilərinin hazırlığı yekunlaşmaq üzrədir. Buraya ticarət, iqtisadi əməkdaşlıq, elm, təhsil və sair sahələr aiddir. Bu razılaşmalar əlaqələri daha da inkişaf etdirəcək".

Səfir Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına da toxunub və bildirib ki, Azərbaycan prezidenti tərəfində bu ilin İslam Həmrəyliyi ili elan olunmasını Pakistan yüksək qiymətləndirir: "İslam həmrəyliyi oyunları da bu təşəbbüsün bir hissəsidir. Pakistan bu oyunlarda iştirak edəcək və bizim idman nazirimiz nümayəndə heyətinə rəhbərlik edəcək".

Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 77 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda yaşayan Pakistan icmasının nümayəndələri iştirak edib.

APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1936   Tarix: 23 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may