DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB DETAL

DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB DETAL24 mart Ümumdünya Vərəmlə Mübarizə günüdür. Aile.lent.az Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri, dosent Rafiq Bayramovun bu xəstəliklə bağlı fikirlərini öyrənib.

R.Bayramov bildirdi ki, son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur. Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən çoxunda ilk 6 ay ərzində heç bir əlamət müşahidə edilmir. Bronx-ağciyər xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qrupunda uzun müddət ümumiyyətlə olmur. Buna görə də bir çox hallarda tənəffüs orqanları xəstəliyi olan şəxslər vaxtında Həkimə müraciət etmədiyi üçün gecikmiş və yayılmış mərhələdə aşkar edilirlər. Tənəffüs orqanlarını, xüsusilə daha çox zədələyən vərəm xəstəliyi xroniki gedişli, azsimptomlu olub tədricən inkişaf etdiyi üçün bu xəstələr bəzi hallarda erkən mərhələdə aşkar edilmir. Belə ki, tənəffüs orqanlarının vərəmi olan xəstələr daha çox ya kəskin respirator virus infeksiyalarından sonra sağalmanın olmaması, ya da vərəm prosesinin inkişafı nəticəsində əlamətlərin güclənməsi, xüsusilə qanhayxırmanın müşahidə edilməsi zamanı həkimə müraciət edirlər. Bu baxımdan insanların hazırda bütün dünyada geniş yayılmış və tənəffüs orqanlarını daha çox zədələyən vərəm xəstəliyi, onun əlamətləri haqqında məlumatlı olmaları vacibdir.

Həkim vərəm xəstəliyi haqda hər kəsin bilməli olduğu vacib detalları bu cür sıralayır:

1. Vərəm xəstəliyi vərəm çöpləri tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Vərəm infeksiyası daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələyir. Amma vərəm bütün orqanlarda müşahidə edilə bilər. Belə ki, rast gəlmə tezliyinə görə tənəffüs orqanlarının vərəmindən sonra sümük-oynaq sisteminin, sidik-cinsiyyət orqanlarının, beyin qişalarının və s. digər bütün orqanların vərəmi müşahidə edilir.

2. Vərəm əsasən tənəffüs yolu vasitəsilə (hava-damcı və hava-toz yolu) yoluxur. Vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələr epidemioloji baxımdan daha təhlükəlidirlər. Çünki daha çox belə xəstələrin öskürməsi və asqırması zamanı ətrafdakı sağlam insanların vərəmə yoluxması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin təxminən 1/3 hissəsi vərəm infeksiyasına yoluxub və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, bunların da 3 milyonu vərəm xəstəliyindən dünyasını dəyişir. Yəni dünyada təxminən hər 10 saniyədən bir 1 nəfər vərəm xəstəliyindən ölür. Vərəm çöpləri ilə yoluxanların 10%-ə qədərində vərəm xəstəliyi inkişaf edir. Yoluxmuş insanların qalan 90%-də isə vərəm çöpləri latent ("yatmış") formada qalaraq insan ömrünün sonunadək xəstəlik törətmir və ya immunitetin zəifləməsinə səbəb olan hər hansı bir faktorun təsirindən aktivləşərək vərəm xəstəliyi törədir.

3. Vərəmlə hər kəs xəstələnə bilər. Çox yaxşı bir deyim var - vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qrupu vardır ki, vərəm xəstəliyi bu qrupdan olan insanlarda daha çox müşahidə edilir. Vərəmlə xəstələnməyə görə müşahidə edilən risk qrupuna aiddir: hormonal terapiya alan endokrinoloji xəstələr, o cümlədən şəkərli diabeti olanlar, açıq ürək əməliyyatı və orqan köçürülməsi əməliyyatı olunanlar, hamiləlik və doğuşdan sonrakı dövrdə olan qadınlar, tibb müəssisələrinin (əsasən qəbul şöbələri və vərəm əleyhinə müəssisələrin) personalı, qidalanması zəif, yaşayış şəraiti qeyri-qənaətbəxş (xüsusilə nəmişlik və günəş şüası düşməyən) olan insanlar, tütünçəkənlər, alkoqoliklər, narkomanlar, tüfeyli həyat tərzi keçirənlər, QİÇS olan xəstələr, cəzaçəkmə müəssisələrində cəza çəkənlər və ordan azad olunanlar, hərbi qulluqçular və s. Amma bu heç də o demək deyil ki, yalnız sadalanan risk qrupundan olan insanlar vərəmlə xəstələnə bilər. Əslində hər kəs ömrünün istənilən dövründə vərəmə tutula bilər. Praktik olaraq da yaşayış şəraiti, qidalanması çox yaxşı olan və sadalanan risk qruplarına aid olmayan insanlar arasında da vərəm xəstəliyinə rastgəlmə halları heç də az deyildir.

4. Vərəm xəstəliyi üçün mütləq patoqnomik olan əlamət mövcud deyil. Yəni elə bir əlamət yoxdur ki, ona əsasən müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu əminliklə deyək. Amma vərəm zamanı ən çox rast gəlinən əlamətlər bunlardır: axşamüstü zəif subfebril hərarətin (37,2-37,4 C) olması, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi, gecələr səhərə yaxın boyun, ənsə, kürək nahiyəsinin tərləməsi ("nəm yastıq" simptomu). Bu əlamətlərlə yanaşı vərəm xəstəliyi zamanı iştahasızlıq, arıqlama, tənəffüs orqanlarının vərəmi zamanı öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, qanhayxırma və ağciyər qanaxması müşahidə edilir. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, əgər öskürək 3 həftədən çox davam edərsə, həmin şəxsin vərəmə görə mütləq müayinə olunması lazımdır.

5. Vərəm müalicə olunan və tam sağalan xəstəlikdir. Təbii ki, xəstəlik nə qədər tez aşkar edilib, vaxtında müalicəyə başlanılıb tam kompleks müalicə edilərsə, nəticə bir o qədər effektli olar. Amma vərəmin müalicəsi uzunmüddətlidir. Belə ki, vərəmin ən məhdud formasının kompleks müalicəsi fasiləsiz olaraq, minimum 6-8 ay davam etdirilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2582   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Turşunun faydaları nədir?

Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur. qafqazinfo-ya istinadən xəbər verir ki, turşunun qid

7 dekabr
.

Şirniyyat sizi kökəldir?

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya

9 dekabr
.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

7 dekabr
.

Uşaqlar arasında yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - Həkim izah edir

"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında son zamanlar azyaşlılar arasında yayılmağa başlayan və mənşəyi hələlik məlum olmayan yeni xəstəlik müzakirə edilib. Proqramın qonağı, infeksionist Fidan Bayramzadə xəstəliyin əsas əlamətləri, qripdən fərqi

6 dekabr
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

7 dekabr
.

Hər gün limon suyu içməyin faydaları

Limon suyu gündəlik vərdiş kimi qəbul edildikdə orqanizmə bir sıra faydalar verə bilər. -a istinadən bildirir ki, ancaq ölçülü istifadə vacibdir. Budur hər gün limon suyu içməyin 7 əsas təsiri:. 1. İmmuniteti gücləndirir. Limon C vitamini ilə zəngindir. Bu vitamin bədənin infeksiyalara qarşı müqavimətin

17 dekabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr
.

İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...

Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal

17 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr