Dəfndən sonra "Yaponçik"lə görüş, Hikmətin cəzası, "Günəbaxan"da "sxodka"ya basqın - TANINMIŞ AVTORİTET SİRLƏRİ AÇIR

Dəfndən sonra "Yaponçik"lə görüş, Hikmətin cəzası, "Günəbaxan"da "sxodka"ya basqın - TANINMIŞ AVTORİTET SİRLƏRİ AÇIRMoskva metrosunun "Novoslobodskaya" stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə, stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir. Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.

- Dosutmdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə "Volvo"da gəzir. Bilirsənmi niyə?

- Gözə girməmək üçün?

- Xeyr. Xeyr, əzizim, həmin "Volvo"da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil düzü. Amma maşın Dudayevin olub, bu dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə…Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı nədən kofe içsin ki?
Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.
-Mən həmişə ya heyva, ya da əncir mürəbbəsiylə işirəm. Bakını xatırladır hər halda... "SUM"un (Mərkəzi Univermaq-S.M.) yanında Rza dayının çayxanası dururmu? Basindən üzü "SUM" gedəndə, Şahmat Evini keəçəndən sonra xudmani çayxana vardı. Rza dayı işlədərdi. Cavanlıqda ora yığışardıq. Kimlər gəlmirdi ora, kimlər. Nə söhbətlər olurdu? Hə, söhbət demişkən, heç də siz yazdıqlarınız kimi deyil hər şey. (Lent.az-da kriminal avtoritetlərlə bağlı yazıları deyir) Uzağı 10-15 faiz. O gün oxuyuram "Piçuqa"dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…

***
Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirimş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.

- Kimsə yoxdur Bakıda. Ümumiyyətlə heç kimim. Uşaqlar da rəhmətə gedib. Kimi öz əcəliylə, kimi də öldürüldü. Sonuncu dəfə Masallı Mamedlə görüşənəm. Nə bilim, bəlkə də 20 il olar. Həmin görüşdən heç kii gün keçməmiş eşitdim ki, "Viktoriya"da tutubar Mamedi. Burada Moskvada, Şelkovski tərəfdə "Viktoriya" restoranı vardı, indi bilmirəm durur, ya yox. Orda nahar edirmiş, giriblər içəri. Soruşublar ki, Mamed Hüseynov kimdi? Deyib ki, mən. Sakitcə deyiblər ki, dur gedirik. Aprıblar idarəyə, deyiblər ki, bu 2 qram heroin sənin cibindən çıxdı. Vəssəlam. Mamed də eləcə gülüb, bir söz deməyib, 6, ya ay vermişdilər Mamedə. "Matrosskaya tişina"da yatdı. Günə gün. Ora çatanda isə artıq Mamedi tanıyırdılar. Mamed ehhh... Sonuncu mogikan idi Mamed.

- Hikmətdən sonra?

-Hə, elə demək olar.

Deyir, əslində Hikmətin ölümündən sonra Rusiyadakı azərbaycanlı kriminalitet çaş-baş düşür. Hərəsi bir tərəfə dağılırdı az qala.

- Gürcülərə sığınan kim. Ded Xasana yalvaran kim. Hərə özünə "krışa" axtarıdı. Yox, Rövşən hələ o qədər də tanınmırdı o vaxtlar. Mamed isə əlindən gələni elədi ki, onları bir araya yığsın. Sizə bir məqamı da deyim. Əslində, bunu bəlkə də az adam bilir. Mamed bizimkiləri -olar da belə deyim - toparlamışdı. 2006-cı ilin aprelində böyük qardaş çağırılan Hikmət Moskvada, Leninqrad prospektində güllələndi. Həmin vaxt "Yaponçik" də dəfnə gəlmək istəyirmiş, bunu bilirsiz. Amma Azərbaycana buraxılmayıb. Mamed isə dəfndə iştirak edəndən sonra birbaşa Moskvaya uçmuşdu. "Yaponçik"lə görüşə. Mamed gözəl bilirdi ki, Ded Xasan klanına qarşı duruş gətirmək üçün mütləq İvankovla, "Yaponçik"lə birləşmək lazımdı. Pərən-pərən düşmüş azərbaycanlıları da məhz onun ətrafına yığmaq istəyirdi. Amma bir məqam vardı ki, bu possesi ləngidirdi. Söhbət onan gedir ki, "Yaponçik" bir neçə il əvvəl Moskvadakı "Fidan" restoranında Türkiyədən olan iş adamlarının qətlində ittiham olunurdu. Həmin iş adamlarına isə Hikmət "krışalıq" edirmiş. Bu məsələ "Yaponçiklə" Hikmətin arasını soyutmuşdu. Bununla belə, "Yaponçik" sübut edə bilmişdi ki, həmin qətl onluq deyil. O, Hikməti inandıra bilmişdi. Yeri gəlmişkən, sonradan məhkəmə də "Yaponçik"in bu məsələdə heç bir günahı olmadığını sübut etdi. Bütün bunlara baxmayaraq, bəziləri "Yaponçik"in səmimiyyətinə də inamırdılar. Mamedin isə yenə deyirəm, başqa əlacı yox idi. Ded Xasana inanmırdı, amma bilirdi ki, Hikmət "Yaponçik"lə dost olduğuna görə, ona necə deyərlər bir köynək yaxındır. Buna görə də, məhz onu seçir.

- Belə çıxır ki, Mamed də "Yaponçik"in "krışalığını" qəbul edir?

- Yox, əslində elə demək olmaz. Həmin vaxt Mamedə qarşı da bəzi dairələr çirkin təbliğat aparırdılar. Onun bazarlardan haqq yığdığını iddia edirdilər. Amma bilin, nə Hikmət, nə Mamed bazar-dükan adamı deyildilər. Yadımdadı, Hikmətin yaxın qohumu-məncə adı Yunus idi-Sarıyev qardaşlarının "Vıxino"dakı bazarlarında Hikmətin adıyla pul toplayırmış. Sarıyevlər bu barədə Hikmətə deimişdilər. Hikmət isə əslən Saatlıdan olan "Xan" adlı avtoriteti məsələni öyrənmək üçün ora yollamışdı. "Xan" bir neçə gün araşdırmadan sonra məsələnin həqiqət olduğunu Hikmətə deimişdi. Hikmət isə onu cəzalandırmışdı. Elə Saryıev qardaşlarını da. Çünki bu barədə ona gec məlumat vermişdilər. Yeri gəlmişkən, Sarıyev qardaşlarının da sonu yaxşı olmadı. Məncə o qardaşlardan üçüi öldürüldü. Əvvəl Çingiz, sonra digərləri. Həmin bazarı əllərində saxlayırlar, ya yox deyə bilmərəm indi. Hə, harada qaldıq. Mamedi elə özümüzünkülərin gözü götürmürdü. Mamed isə yaxşı başa düşürdü ki, həmin ərəfədə, yəni Hikmət öldürüləndən sonra Rusiyada iki böyük kriminal qüvvə var ki, onların hökmranlığı ilə barışmaq lazımdır. "Ded Xasan" və "Yaponçik".
Mamed isə haqlı olaraq "Yaponçik"i seçmişdi. Başqa bir məqam. 2009-cu ilin martında Mamedi, Novxanılı Dadaşı, bir də səhv etmirəmsə, Qoca Bakinsikni Moskvadakı "Günəbaxan" restoranına "sxodka"da tutmuşdular. Həmin vaxt Mamed 2-3 ay idi ki, həbsdən çıxmışdı. Mamedi və dostlarını bir neçə saat saxlayandan sonra buraxmışdılar. Onun bədxahları belə bir şaiyə yaymışdılar ki, guya Mamed polisdə ifadə verəndə qanuni oğru olduğunu gizlədərək, deməyib. Amma bütün bu söz-söhbətə "Yaponçik" son qoyubmuş. "Sxodka" çağıraraq ifadənin sürətini ortaya qoyubmuş. Məlum olmuşdu ki, Mamed dindirilərkən qanuni oğru olduğunu deyibmiş.
"Yaponçik" həmin ilin səhv etmirəmsə dekabrında öldürüldü. Bir neçə ay sonra isə Mamed Azərbaycanda həbs edildi və 4 ay sonra həbsxanada dünyasını dəyişdi. Ondan sonra isə azərbaycanlılar öz mövqelərini belə demək mümkünsə əldən verməyə başladılar.

- Bəs Lənkəranski?

- Lənkəranski sonuncu nəsil qanuni oğrulardandır. Masallı Mamed isə klassik oğruların son nümayəndəsi idi, belə desəki. Bunları qarışdırmayın. Bəli Lənkəranski prinspial, qorxmaz, necə deyərlər qabağından yeməyənin biriydi. Ona görə, "Ded Xasan" belə ondan ehtiyat edirdi. Amma Lənkəranskinin Ded Xasanı öldürməsiylə də razılaşa bilmirəm. Səbəbini deyim. Ümumiyyətlə bilin, qanuni oğrular bir-birinin qətlini sifariş etməkdənsə, onları "neprav" çıxarıb Oğru Ailəsindən qovulmasında maraqlıdırlar. Çünki bu təkcə həmin oğrunun deyil, ona biyət edənlərin də sonuna gətirib çıxarır. Baxın, "Ded Xasan" öldürüldü, amma onun varisi "Şakro" türmədə olsa da, sağdır. Yəni olmasın Aslan Usoyan, olsun Zaxari Kalaşov. Lənkərənski isə təkbaşına az qala hamıyla vuruşurdu. Burada bir məqamı da qeyd edim. 90-cı illərdən fərqli olaraq, son illərdə kriminal avtoritelərin, bu və ya digər qruplaşmaların da necə deyərlər təmərküzləşməsi baş vermişdi. Daha əvvəlki kimi ənənəvi briqadalar da mövcüd deyildi. Məsələn, Moskvadakı Solntsev, Orexevo, Podolsk, Lyubertsk kimi briqadalar. Eləcə də 90-cı illərdə bütün Rusiyanı lərzəyə gətirən regional mafioz qurplar və bandit dəstələr. Onların çoxu öldürülmüşdü, "Mixas"dan, "Silvester", "Solonik"dən tutmuş elə bayaq adlarını çəkdiklərimizə qədər. Son illərdə artıq sözün həqiqi mənasında bu və ya digər bazarlarda, ticarət nöqtələrində təsir dairəsi lə bağlı müharibələr başlamışdı. Və təkcə silahlı müharibələr də yox, bəzən oğru qanunlarına zidd olaraq məhkəmə davasına kimi çıxılırdı. Yeri gəlmişkən Padva, Qofşteyn kimi bahalı vəkilləri belə sifariş verirdilər. Qofşteyn Fizuli Məmmədovun, Frenk Elkaponenin də vəkili olub. Bu həmin Qofşteyn idi ki, Şakro Molodoy 30-dan çox qanuni oğruyla bərabər İspainyada saxlanılanda, o da onların yanında olub. Deməyim odur ki, adını çəkdiyim müharibəyə artıq çox adam qarışmışdı. Rövşən isə Mamed, Hikmət kimi nə qədər çalışsa da, azərbaycanlıları bir araya yığa bilmədi. Əksinə, Vaqif, "Danabaş İlqar", Baxış və digərləri "Ded Xasan"ın yanında yer almışdılar və Rövşənlə bir başa düşmənçilik edirdilər. Bazarlar uğrunda mübarizədə isə Rövşən gürcü avtoritetlərlə birgə idi.

- Bazarlar demişkən, bizimiklər nə vaxt ələ keçirdilər bu bazarları.
- Bu artıq başqa söhbətdi. Hər şey "Fantomas", "Şah", Ata, elə bayaq haqqında danışdığımız Sarıyev qardaşlarından, eləcə də digərlərindən. Və bir gün məlum oldu ki…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5294   Tarix: 24 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel